«Nikaraqua prezidentinin sonu çatıb» - Bolton

Dərc olunub: 21/02/2019 - 19:25

bolton1541826449«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton bəyan edib ki, «Nikaraqua prezidentinin sonu çatıb».
Boltonun fikrincə, bu ölkənin lideri Daniel Orteqanı hakimiyyətdən salacaqlar.

«Tezliklə Nikaraqua xalqı azad olacaq» – deyə, Bolton öz «Tvitter»ində yazıb və Orteqanı etirazçıları öldürməkdə və türmələrə göndərməkdə günahlandırıb.

Fevralın 18-də Nikaraquada üç etirazçıya hökm oxunub: Medardo Mayren 216 il müddətinə, Pedro Mena 210 il, Luis Orlando Pineda isə 159 il azadlıqdan məhrum edilib.
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, onun ölkəsi sosialist və kommunist rejimlərindən əziyyət çəkən bütün ölkələrin sakinlərini dəstəkləyir – Nikaranua da bu sıradandır.
Orteqa ilk dəfə 1984-ü ildə Nikaraquanın prezidenti seçilib.








loading...


Fikrinizi bildirin