Azərbaycan Gimnastika Federasiyası ilin ən yaxşı federasiyası seçilib

Dərc olunub: 21/02/2019 - 20:30

c08a46c3-17b0-4f31-8603-861998eb885cAzərbaycan Gimnastika Federasiyası (AGF) 2018-ci ilin yekunlarına əsasən, Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən ilin ən yaxşı federasiyası seçilib.

AGF-dən “Report”a verilən məlumata görə, Federasiya ardıcıl ikinci dəfə il ən yaxşısı adına layiq görülüb.

Qeyd edək ki, özündə 148 federasiyanı birləşdirən FIG-nin reytinq siyahısında Azərbaycan Gimnastika Federasiyası stabil olaraq 2014, 2015 və 2016-cı illərdə 10 ən güclü federasiyaların sırasında, 2017-ci ildə isə ilk pillədə qərarlaşıb.








loading...


Fikrinizi bildirin