Ərdoğan və Bahçeli azərbaycanlı jurnalisti vahid namizəd etdilər - FOTOLAR

Dərc olunub: 21/02/2019 - 21:21

e0dd61e3830cd2caf2e347d771ef87f5Azərbaycan kökənli İsa Yaşar Tezelin İqdırın bələdiyyə başqanlığına yolu açıq, dəstəyi tamdır

Azərbaycan kökənli jurnalist, MHP İqdır bələdiyyə başqanı namizədi İsa Yaşar Tezelə Türkiyə prezidenti Tayyib Ərdoğan da dəstək çıxıb. Belə ki, İsa Yaşar Tezelin rəqibi Adil Aşırımın namizədliyini AK Parti geri çəkib. Hazırda MHP ilə iqtidardakı AKP arasında qurulan “Cümhur İttifaqı”nın tək namizədi İsa Yaşar bəydir. Bu qərara MHP başqanı Devlet Bahçeli və Türkiyə prezidenti Tayyib Ərdoğan birgə gəliblər. Burada İsa Yaşar Tezelin doğulduğu İqdırda xalq arasındakı reytinqi və parlament seçkilərində göstərdiyi yüksək nəticələr mühüm rol oynayıb.

Musavat.com bu xəbəri oxuyan oxucularının diqqətinə çatdırır ki, bu razılıq olduqca mühüm bir hadisədir. İndiyə qədər istər millət vəkili seçkilərində, istərsə də bələdiyyə seçkilərində İqdırda yaşayan azərbaycanlılar arasında vahid namizəd razılığına gəlmək mümkün olmurdu. Azərbaycanlılar bir neçə namizəd çıxarmaqları və bir araya gələ bilməmələri səbəbindən hər dəfə deputat və bələdiyyə seçkilərində kürd topluluğuna uduzurdu. Son illərdə ilk dəfədir ki, belə bir nəticəyə gəlinib: üstəlik bütün iddiaçılar – Adil Aşırım və uzun müddət bələdiyyə başqanı olmuş, 26-cı dönəm AK Parti deputatı Nurəddin Aras da İsa Yaşar bəyə öz dəstəklərini açıq ifadə ediblər.

Azərbaycan kökənli professor Aygün Attar İsa Yaşarın dəstəyinə getmiş…

31 martda Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində ən çox seçki havası İqdırda hiss olunmaqdadır. İndi gerçək bir yarış başlayır. İqdırın sahibi Azərbaycan türkləri ilə sonradan gəlmə kürdlərin namizədləri yarışacaq. Ermənistanla sərhəd qapısı olması səbəbindən İqdıra kimlərin rəhbərlik edəcəyinin önəmi olduqca böyükdür. İqdır Azərbaycan respublikası üçün böyük önəm daşıyan bir strateji nöqtədir. Bu baxımdan, Azərbaycan iqtidarı, xüsusi ilə Naxçıvan rəhbərliyi prosesə həssaslıqla yanaşmalı və mümkün olan bütün mənəvi-informasiya dəstəyini “Cümhur İttifaqı”nın vahid namizədi İsa Yaşar Tezeldən əsirgəməməlidir.

Soldan sağa: Aygün Attar, Nurəddin Aras, Adil Aşırım və İsa Yaşar – Azərbaycan İqdırda birləşir!

Azərbaycan sevdalısı İsa Yaşar bəy harada olmasından asılı olmayaraq, hər zaman tarixi vətəninin yanında olub, onun haqq davasını dəstəkləyib, bayrağını uca tutub. Təsadüfi deyil ki, İsa Yaşarın bütün seçki kampaniyasında hər zaman Azərbaycan bayrağı da iştirak edib.

Belə bir bələdiyyə başqanı Türkiyə və Azərbaycan üçün olduqca mühüm və önəmli fiqura çevriləcək.

“Yeni Müsavat” Media Qrupu bundan əvvəlki parlament seçkilərində olduğu kimi, indi də Azərbaycanın və qəzetimizin yaxın dostu, ülküçü hərəkatın parlaq ismi İsa Yaşar Tezel bəyə dəstəyini açıq ifadə edir. Ölkənin bütün media quruluşlarını da dəvət edirik ki, soydaşımız və həmkarımız olan İsa Yaşar bəyə mənəvi-mətbu dəstəklərini ifadə etsinlər.








loading...


Fikrinizi bildirin