Türkiyə ABŞ-ın «Petriot» təklifindən narazıdır

Dərc olunub: 21/02/2019 - 23:05

«Patriot»«AzPolitika.info» Türkiyə mənbələrinə istinadla xəbər verir ki, Türkiyə hakimiyyəti Amerika Birləşmiş Ştatlarının (ABŞ) «Patriot» zeni-raket kompleksi tədarükü barədə təklifinin şərtlərindən narazıdır. Bu barədə ölkənin müdafiə sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir xəbər verib.

O, qeyd edib ki, Ankara öz sorğusuna cavabı Vaşinqtondan 1.5 il ötəndən sonra alıb.
«Biz, indiki vəziyyətdə ABŞ-n təklifinin şərtlərini qəbul edə bilmərik» - deyə, Dəmir NTV telekanalının efirindən bildirib.

Rusiyadan “S-400″ Zenit-Raket Sisteminin (ZRS) alınmasına gəlincə, Dəmir izah edib ki, kompleksin tədarükünə iyul ayında başlanacaq, oktyabra qədər isə onlar istifadəyə verilməlidir.

Bundan əvvəl, Türkiyə prezidentinin nümayəndəsi İbrahim Qalın qeyd etmişdi ki, ölkəsi “S-400″ sistemlərinin alınmasından imtina etməyəcək – hətta ABŞ-dan «Patriot» kompleksi alınsa belə.










loading...


Fikrinizi bildirin