Venesueladan Macarıstana yüzlərlə qaçqın gəlib

Dərc olunub: 21/02/2019 - 23:12

скачанные файлы«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Macarıstan hakimiyyəti macar kökənli Venesuela qaçqınları üçün proqram reallaşdırır.

«İndex.hu» portalının xəbər verdiyi kimi, bu proqram çərçivəsində Latın Amerikası ölkələrindən artıq 300 nəfərə yaxın insan gedib. Budapeştdə onlara bir il müddətinə yaşayış sahəsi, işə icazə verilib və dil kursları açılıb.

Proqram Malta xeyriyyə xidməti ordeni ilə birgə reallaşdırılır.
Qeyd olunur ki, ölkədə ümumi miqrasiya siyasəti macar kökənli qaçqınlar üçün istisnanı nəzərdə tutmur.










loading...


Fikrinizi bildirin