Ukrayna Rusiya ilə Azov üzrə sazişi pozmağa hazırlaşır

Dərc olunub: 22/02/2019 - 00:37

ukrayna-bayragi«AzPolitika.info» Ukrayna KİV-nə istinadla xəbər verir ki, bu ölkə Rusiya Federasiyası ilə bağlanmış Azov dənizi üzrə sazişi poza bilər.

Bu barədə «Senzor.net» portalına müsahibəsində Ukraynanın xarici işlər naziri Pavel Klimkin bəyan edib.
«Biz, yaxın perspektivdə bunu edəcəyik» – deyə, nazir bəyan edib.

Klimkin bildirib ki, bunun üçün Ukrayna tam olaraq özünün hüquqi vəziyyətini müəyyən etməli və məsələni beynəlxalq arbitrajda həll etməlidir.

Nazir Rusiyanı «Azov dənizini sürünən işğal etməkdə» günahlandırıb.
Hazırda Azov dənizi hər iki ölkə üçün daxili hövzə hesab olunur və birgə istifadədədir.








loading...


Fikrinizi bildirin