Amerikalılar bir ştatı Kanadaya satmaq istəyirlər - Bir trilyon dollara

Dərc olunub: 22/02/2019 - 00:45

6«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarında (ABŞ) dövlət borcunun azaldılması xatirinə, Montana ştatının Kanadaya satılmasına çağıran bir petisiya meydana gəlib.
Qeyd olunur ki, satışın təşəbbüskarı Yan Hammond adlı birisidir və o, ölkə ərazisinin bu hissəsinin 1 trilyon dollara satılmasını təklif edib.
Bu barədə «The New York Post» nəşri xəbər verib.
Petisiyada deyilir: «Bizim həddindən artıq borcumuz var, Montana isə lazımsızdır».
Qeyd olunur ki, hazırda bu təklif böyük diqqətə səbəb olub və artıq onu 15 min amerikalı dəstəkləyib.








loading...


Fikrinizi bildirin