Söyün Sadıqov uzun sükutdan sonra danışdı

“Moskvadakı azərbaycanlılardan xahiş etdik ki, Orxan Zeynalovu gizlətməsinlər”

“Orxan Zeynalovun həbs edilməsində azərbaycanlılar kömək edib”. Modern.az saytı “Komsomokskoe Pravda” qəzetinə istinadən xəbər verir ki, bu sözləri “AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin təsisçisi, Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü, azərbaycanlı oliqarx Söyün Sadıqov deyib.

Sadıqovun sözlərinə görə, Moskva sakimi Şerbakovun qatilinin azərbaycanlı olması aydınlaşandan sonra diaspor rəhbərləri Qərbi Brilyovodakı soydaşalarımıza müraciət edib.

“Burada elə azərbaycanlılar var ki, 20-30 ildir ki, Rusiyada yaşayır. Xahiş etdik ki, Orxanı gizlətməsinlər. Hesab edirəm ki, sonda azərbaycanıların köməyi ilə o həbs olunub. Milliyətindən asılı olamayaraq heç kəs qatili gizlədən deyil”-deyə Söyün Sadıqov bildirib.

Moskva sakini Yeqor Şerbakovun qətlində təqsirləndirilərək həbs olunmuş Orxan Zeynalov barəsində Presnensk Rayon Məhkəməsinin qərarı ilə hələlik 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar