Ukraynada Rusiya yardımının yoxlanması başlanır

Avqustun 21-də Ukrayna sərhədçiləri Rusiyadan gəlmiş yardım karvanının bir hissəsini yoxlamağa başlayacaq.

260 maşından ibarət karvandan 4 yük maşını bir gün əvvəl Ukrayna sərhədi yaxınlığındakı gömrük zonasına girib.

Ukrayna Milli Təhlükəsizik şurasının sözçüsü Andrey Lısenko deyib ki, yüklərin yoxlanmasına dərhal başlamaq mümkün olmayıb, çünki Rusiya gərəkən bütün sənədləri təqdim etməyib.

Karvan bir həftədir ki, Rusiya-Ukrayna sərhədində qalıb. Ukrayna narahat idi ki, karvanda ölkənin şərqindəki rusiyayönlü separatçılara hərbi yardım ola bilər.

Moskva bildirir ki, missiya yalnız humanitar məqsədlidir, münaqişədən əziyyət çəkən dinc sakinlərə yardım göstərmək istəyir.

Avqustun 20-də Qırmızı Xaçın təmsilçiləri Ukraynanın şərqinə girib ki, yardım rahat çatdırılsın ("Azadlıq" radiosu).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar