“Çoban itinin saxlanma xərci 1-2 min manatdır”

Dərc olunub: 22/02/2019 - 14:35

gomruk1550829201Hazırda Kinoloji Mərkəzdə 60 baş xidməti axtarış iti mövcuddur.

Modern.az xəbər verir ki, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) Kinoloji Mərkəzinin rəisi İlkin Osmanov bildirib. İ.Osmanovun sözlərinə görə, həmin itlər xarici ölkələrə də verilir:

“Biz 12 dövlətə xidməti axtarış itləri göndərmişik. Onların təlimçiləri mərkəzimizin bazasında təlim keçiblər”.

O qeyd edib ki, bir xidməti itin Avropada satışı 10-15 min avro arasındadır:

” Saxlanma xərcinə gəldikdə, bu, itlərin çəkisindən və qidasının həcmindən asılıdır. Məsələn, orta alman çoban itinin illik saxlanma xərci 1000-2000 manat arasındadır”.








loading...


Fikrinizi bildirin