Gürcüstanın hakim partiyası parlamentdəki çoxluğu itirir

Dərc olunub: 22/02/2019 - 16:45

4af4a2da-745f-4c3b-9c9a-52e3373c035aGürcüstanın hakim Gürcü Arzusu Partiyası parlamentdə çoxluğu itirir.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan Konstitusiyasına əsasən, çoxluq 113 deputatdan ibarət olmalıdır.

Hakim Gürcü Arzusu Partiyasının hazırda qanunverici orqanda 115 deputatı var. Deputatlar Eka Beselia, Levan Qoqiçaşvili və Beka Natsvlişvili parlament çoxluğunu tərk etdikləri barədə bəyanatla çıxış ediblər.

Deputat Gedevan Popxadzenin də çoxluqdan gedəcəyi gözlənilir. O, bununla bağlı fevralın 25-də açıqlama verəcək.

Gürcü Arzusu Partiyasının parlamentdəki çoxluğunu itirməsini şərh edən vitse-spiker Tamar Çuqoşvili bunun faciə olmayacağını bildirib.








loading...


Fikrinizi bildirin