UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb

Dərc olunub: 22/02/2019 - 16:52

ad8c2852-b9cc-47c0-93e0-c22a27a05c9bUEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.

“Report”un məlumatına görə, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan mərasimin əvvəlində nümayiş olunan videoçarxda Azərbaycanın paytaxtı və Bakı Olimpiya Stadionu ilə bağlı görüntülər də yer alıb.

Ardınca 16 komandanın rəqiblərini müəyyənləşdirən püşk atılıb. Püşkü UEFA-nın təşkili üzrə direktoru Corco Marketti və İspaniya yığmasının veteran qapıçısı Andres Palop çəkib:

“Çelsi” (İngiltərə) – “Dinamo” (Kiyev, Ukrayna)

“Ayntraxt” (Frankfurt, Almaniya) – “İnter” (Milan, İtaliya)

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Benfika” (Portuqaliya)

“Napoli” (İtaliya) – “Zaltsburq” (Avstriya)

“Valensiya” (İspaniya) – “Krasnodar” (Rusiya)

“Sevilya” (İspaniya) – “Slaviya” (Praqa, Çexiya)

“Arsenal” (İngiltərə) – “Renn” (Fransa)

“Zenit” (Rusiya) – “Vilyarreal” (İspaniya)

Qeyd edək ki, 1/8 finalda ilk oyunlar martın 7-də, cavab görüşləri martın 14-də keçiriləcək. Görüşlər Bakı vaxtı ilə saat 21:55-də və 24:00-da başlanacaq. Adları birinci göstəriləcək komandalar ilk oyunlarını evdə keçirəcəklər. Aprelin 11-də və 18-də 1/4 final, mayın 2-də və 9-da yarımfinal, mayın 29-da isə Bakı Olimpiya Stadionunda final görüşü keçiriləcək.










loading...


Fikrinizi bildirin