Məktəb binasında yanğın olub

Dərc olunub: 22/02/2019 - 17:04

eef4274f-228c-4a18-a041-6e33d8b5c163Quba rayonunda məktəb binasında yanğın olub.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun H.Zərdabi qəsəbəsində yerləşən orta məktəb binasında baş verib.

Yanğın dərs vaxtında baş verdiyi üçün şagirdlər dərhal təxliyə edilib.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib və yanğının genişlənməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.








loading...


Fikrinizi bildirin