Azərbaycanın maşın bazarında bahalaşma davam edir

Dərc olunub: 22/02/2019 - 19:00

5c61a3c1-5954-4280-b968-fd5f6ac07aa6Bu ilin yanvar ayında Azərbaycanda minik avtomobilləri 0,1%, velosipedlər isə 0,2% bahalaşıb.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Son 1 ildə isə minik avtomobillərinin qiymətində 0,5% azalma, velosipedlərin qiymətində isə 1,7% artım qeydə alınıb.

Ötən ay 1 minik avtomobilinin orta qiyməti 35 242 manat, 1 velosipedin orta qiyməti isə 164,9 manat təşkil edib.








loading...


Fikrinizi bildirin