Milli Şura Elçibəyin məzarını ziyarət edəcək

Avqustun 22-də Azərbaycanın eks-prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin vəfatının 14-cü ildönümüdür.

AXCP Ali Məclisinin sədri Həsən Kərimov “Azadlıq”a açıqlamasında bildirib ki, hər il olduğu kimi, bu il də Elçibəyin xatirəsini məzarı önündə yad edəcəklər.

“Avqustun 22-də saat 10:00-da biz AXCP olaraq, Milli Şuranın tərkibində Əbülfəz Elçibəyin məzarını ziyarət edəcəyik. Hakimiyyətin bizə və Elçibəyə olan münasibətini hamı bilir. Qərargahımız olmadığı üçün tədbir keçirmək imkan xaricindədir”, - deyə Həsən Kərimov bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar