“Ermənistan hakimiyyəti Serj Sarkisyana siyasi toxunulmazlıq vəd edib”

Dərc olunub: 22/02/2019 - 21:47

kocaryan sarkisyan“Nikol Paşinyan iqtidarı sabiq prezident Serj Sarkisyana toxunmayacaq”.

Musavat.com Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu sözlər müxalif siyasətçi, prezidentliyə keçmiş namizəd Andrias Qukasyana məxsusdur. Onun sözlərinə görə, antikorrupsiya mübarizəsi hazırda borcların qapanmasına doğru yönəlib və onun böyük hissəsi keçmiş prezident Robert Köçəryan, habelə onun tərəfdarlarından qoparılacaq pullara bağlıdır.

“Görünür, Serj Sarkisyan da hakimiyyətə dinc yolla nələrisə ötürüb. Lakin dövlət borcları istənilən halda bağlanmalıdır”, – deyə A.Qukasyan bildirib. Bu arada Ermənistan Milli Təhülkəsizlik Xidmətinin rəhbəri Artur Vanesyanın bu gün Robert Köçəryan və oğlu Sedrak haqqında söylədikləri maraq doğurub. A.Vanesyan MTX-də hələ R.Köçəryanın zamanında çalışdığını və onun Qarabağ erməniləri (separatçıları) üçün müsbət çox iş gördüyünü söyləyib. Erməni rəsmisi bu səbəbdən Köçəryanlar ailəsi ilə bağlı şəxsi probleminin olmadığını vurğulayıb.








loading...


Fikrinizi bildirin