Azərbaycanda qızıl və gümüş ucuzlaşıb

Dərc olunub: 22/02/2019 - 22:14

 

qizil gumusAzərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Trend-in məlumatına görə, fevralın 22-də qızılın qiyməti fevralın 21-i ilə müqayisədə 26,6645 manat azalaraq 1 unsiya üçün 2251,854 manat təşkil edib.

Gümüş 0,3681 manat ucuzlaşaraq 1 unsiya üçün 26,9017 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 1,1475 manat azalaraq 1404,659 manat, palladiumun qiyməti isə 30,974 manat azalaraq 2509,217 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.










loading...


Fikrinizi bildirin