Venesuela Braziliya ilə quru sərhədlərini bağlayır

Dərc olunub: 22/02/2019 - 22:34

maduro«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Venesuela hakimiyyəti ölkənin Braziliya ilə quru sərhədlərini bağlamaq qərarına gəlib. Bu barədə prezident Nikolas Maduro bəyan edib.

O, həm də Kolumbiya ilə sərhədlərin tamamilə bağlanacağını istisna etməyib.
Bundan əvvəl müxalifət elan edib ki, ölkəyə humanitar yardımın gətirilməsinə fevralın 23-də başlanacaq. Toplanış məntəqələri Kolumğiya və Braziliyada yerləşir.

Maduro hakimiyyəti bəyan edib ki, yardımın ölkə ərazisinə gətirilmsinə icazə vermək niyyətində deyil. Maduro humanitar yardımın ötürülməsi təşəbbüsünü oliqarxların pis və ucuz şousu adlandırıb, ölkə əhalisini isə ondan imtina etməyə çağırıb.








loading...


Fikrinizi bildirin