Maduro Avropa İttifaqının humanitar yardımını qəbul etməyə razı olub - Yalnız BMT-dən keçmək şərti ilə

Dərc olunub: 23/02/2019 - 00:18

maduro«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Vensuela prezidenti Nikolas Maduro Avropa İttifaqının 2 milyard avro həcmində humatnitar yardımını yalnız Birləşmiş Millətlər Təşkilatının (ABŞ) strukturlarından keçmək şərti ilə qəbul etməyə razılıq verib.

«AVN» agentliyinin xəbər verdiyi kimi, Venesuelanın vitse-prezidenti Delsi Rodriges 2019-cu ildə ölkəyə vacib olan tibbi vasitələrin və qida məhsullarının siyahısını artıq təqdim edib.

Bundan əvvəl Maduro bəyan edib ki, ABŞ və Avropa İttifaqı tərəfindən toplanmış humanitar yardımı ölkəyə buraxmayacaq, müxalifət isə bunu israrla tələb edir.

Müxalifətçilərin məlumatına görə, hazırda ölkədə «ac ölüm» 250-300 min insanı təhdid edir. Maduro isə öz növbəsində, ölkədə humanitar böhranın olmasını inkar edir və Kolumbiya ilə sərhədə kolumbiyalılar üçün özünün humaitar yardımını göndərməyə hazırlaşır.










loading...


Fikrinizi bildirin