«Belarusu heç vaxt nə Polşaya, nə də Rusiyaya verməyəcəm» - Lukaşenko

Dərc olunub: 23/02/2019 - 00:49

aleksandr_lukashenko_261116«AzPolitika.info» Belorus KİV-ə istinadla xəbər verir ki, prezident Aleksandr Lukaşenko Belorusun suverenliyini və müstəqilliyini özünün ən başlıca nailiyyəti adlandırıb. Bu barədə prezident Hərbi Akademiyanın şəxsi heyəti ilə gürüşü zamanı bəyan edib («BELTA»).

«Mən, fəxr edirəm və sevinirəm ki, bu suveren ölkənin ilk prezidentiyəm. Və bizim birlikdə yaratdıqlarımız – ən böyük nailiyyətdir» - Belorus lideri bəyan edib.

Belorusun suverenliyinə təhlükə barədə yayılan şayiələri şərh edərkən, prezident deyib ki, formalaşmasına özünün səylər göstərmiş olduğu dövlətin suverenliyini «dəfn» edə bilməz.

«Siz, onu hansısa ölkənin tərkibinə, ya Polşanın, ya Rusiyanın tərkibinə daxil etməklə, öz əlilərinizlə dəfn edə bilərdinizmi?» - Lukaşenko sual edib və bildirib ki, heç vaxt buna getməyəcək.

«Mənim dəqiq sərhədlərim var ki, onları keçə bilmərəm» - Belorus lideri bəyan edib.










loading...


Fikrinizi bildirin