Venesuela-Braziliya sərhədində atışma olub - Qurbanlar var

Dərc olunub: 22/02/2019 - 22:56

serhed«AzPoitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Venesuelanın Braziliya ilə sərhədində yerləşən Bolivar ştatında ordu köklü hindu əhalisinə atəş açıb – iki nəfər həlak olub.

«Nacional» portalı xəbər verir ki, San-Fransisko-de-Yuruani kəndində Maduronun əmri ilə sərhəd bağlanandan sonra, hindular 3 əsgəri girov götürüblər.

Yoldaşlarını azad etmək üçün hərbçilər dinc əhali qrupuna atəş açaraq, 22 nəfəri yaralayıblar. Bu zaman digərləri onlara layiqli cavab veriblər.
Bundan əvvəl Braziliya prezidentinin administrasiyasından bəyan ediblər ki, Venesuela ilə sərhəddə münaqişə gözləmirlər. Ölkə hakimiyyəti isə diqqəti humanitar yardım göstərilməsinə cəmləşdirib.










loading...


Fikrinizi bildirin