Əhali bir ayda rabitə xidmətlərinə 150 milyon manatdan çox pul xərcləyib
Baxiş sayı:
Dərc olunub:
23/02/2019 - 09:57
2019-cu ilin yanvar ayı ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 150,7 milyon manatlıq xidmət göstərib ki, onun da 75,2 faizi əhali tərəfindən istehlak olunub.
Trend-in məlumatına görə, 2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 5,6 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 80,2 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 44,0 faizi və ya 66,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.