Yekaterinburqda “Azərbaycan evi” olmayacaq: müqavilə ləğv edildi

Rusiyanın Yekaterinburq şəhərinin mərkəzi istirahət və mədəniyyət parkının ərazisində “Azərbaycan evi”nin tikintisi rəsmən qadağan edilib.

Virtualaz.org saytı xəbər verir ki, Sverdlovsk vilayətinin Dövlət Əmlakı Nazirliyi şəhərin Osnovinsk parkının bir hissəsinin Azərbaycan vətəndaşı Almaz Şıxlinskayaya icarəyə verilməsinə dair müqaviləni ləğv edib.

Almaz Şıxlinskaya Azərbaycan məşhur Şıxlinskilər nəslindən olan Şahin Şıxlinskinin xanımıdır. Ş.Şıxlinski Rusiya Azərbaycanlıları Konqresinin vitse-prezidentidir və həmin torpaq sahəsində çoxmərtəbəli “Azərbaycan evi” inşa etməyə hazırlaşırdı.

Binada Azərbaycan konsulluğu, Beynəlxalq Bankın filialları və s. yerləşməli idi.

Lakin parkın ərazisində çoxmərtəbəli bina tikmək planları yerli əhalinin narazılığına səbəb olub və neçə vaxtdır “Azərbaycan evi”nə qarşı şikayətlər, etirazlar olurdu. Sakinlər binanın tikintisi üçün parkdan 50 ağacın kəsilməsinə, uşaq oyun meydançasının ləğvinə və yaxınlıqda yerləşən iki uşaq bağçasının zərər çəkə biləcəyinə görə narahat idilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar