"RUSİYA BAKINI CƏZALANDIRMAQ ÜÇÜN XOCALI SOYQIRIMINI TÖRƏTDİ" - "2 nəfər ölüb” xəbərini kim vermişdi?

1992-ci il  fevralından 25-dən 26-na keçən gecə törədilmiş dəhşətli Xocalı qətliamının bir neçə gündən sonra 27-ci ildönümü qeyd olunacaq. Hələ də beynəlxalq səviyyədə Xocalı soyqırımını törədənlərə ədalətli məhkəmə qurulmayıb. Əsrin ən dəhşətli faciəsi ilə bağlı bəzi müəmmalar hələ də açılmamış qalır.

O zaman soyqırımı törədiləndən sonra Azərbaycan ictimaiyyətinə verilən ilk rəsmi məlumatda yalnız 2 nəfərin öldüyü söylənilmişdi.   Halbuki, həmin gecə Azərbaycan xalqına qarşı ən dəhşətli soyqırımı törədilmiş, yüzlərlə insan qanına qəltan edilmişdi.

Azərbaycan Dövlət Televiziyasında (AzTV) səslənmiş həmin informasiyaya görə isə, guya 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalıda ermənilər tərəfindən cəmi 2 nəfər öldürülüb.

Bəzi şəxslər “Xocalıda 2 nəfər qətlə yetirilib” xəbərinə görə o zamankı prezident Ayaz Mütəllibovu ittiham edir, məlumatın bu cür yayılmasında onun iştirakını iddia edir.

Məsələn, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı müsahibələrinin birində belə deyib: “Ayaz Mütəllibovun daxili işlər naziri xalqa yalandan məlumat verdi ki, guya Xocalıdakı qarşıdurmada yalnız 2 nəfər ölüb. Ancaq rəhmətlik Çingiz Mustafayevin Xocalıda çəkdiyi kadrlar Ayaz Mütəllibov kimi adamlara nümayiş etdirdi ki, Xocalıda yüzlərlə adam qətlə yetirilib”.

1992-ci ilin 24 fevralından martın 17-nə qədər müdafiə naziri postunda çalışmış Tahir Əliyev Modern.az-a məsələ ilə bağlı bunları deyib: “Xocalı faciəsi törədilən zaman daxili işlər naziri Tofiq Kərimov idi. Məndə olan məlumata görə o rəhmətə gedib. Qaldı ki, 2 nəfərin qətlə yetirilməsi xəbərinin yayılmasına... Yadımdadır ki, guya o zaman Dövlət Televiziyası səhvən elə məlumat verib. Bəziləri deyirdi ki, Tofiq Kərimov özü televiziyaya o formada məlumat ötürüb. Düzü, sonradan kimsə 2 nəfərin qətlə yetirilməsi versiyasının ardınca gedib məsələnin niyə bu cür təqdim olunduğunu araşdırmadı”.

Tahir Əliyev bildirib ki, o, müdafiə naziri kimi ictimaiyyətə Xocalı soyqırımı günü təqdim olunub: “1992-ci ilin 24 fevralında müdafiə naziri olmağımla bağlı fərman verilib. Amma mən fevralın 26-da  ictimaiyyətə təqdim olunmuşam. Soyqırımı törədilən vaxt general Şahin Musayev müdafiə nazirinin səlahiyyətlərini yerinə yetirən şəxs olub. Mən nazir kimi təqdim olunan zaman Şahinə dedim ki, siz gedin, Ağdamda bu məsələlərlə məşğul olun! Şahin Musayev həm də Baş Qərargah rəisi vəzifəsində olduğu üçün  bu məsələlərlə o məşğul idi. Heç o zaman kabinetim də yox idi. O zamanlar Rusiya ayağını dirəmişdi ki, Azərbaycan Müstəqil Dövlətlət Birliyiyə daxil olmalıdır. Azərbaycan isə adıçəkilən quruma daxil olmaq istəmirdi. Bizi cəzalandırmaq üçün Xocalı faciəsini törətdilər”.

Keçmiş müdafiə nazirinin sözlərinə görə, insanların fikrini məsələnin əsas məğzindən yayındırma halları zaman-zaman olub:“Hətta 1991-ci ilin noyabrında baş vermiş vertolyot qəzasında da o cür anlaşılmazlıq baş vermişdi. İlk dəfə ictimaiyyətə fərqli informasiya verilmişdi. Guya duman olub deyə, vertolyot qayaya çırpılıb və qəza baş verib”.

Eks-prezident Ayaz Mütəllibov da Modern.az saytına verdiyi müsahibədə bu haqda danışıb. O bildirib ki, fevralın 25-dən 26-na keçən gecə nə özünün, nə daxili işlər nazirinin (Tofiq Kərimov), nə də milli təhlükəsizlik nazirinin (İlhüseyn Hüseynov) Xocalıda  baş verənlər barədə tam təsəvvürü olub: “İllər keçəndən sonra mən bir yerdə oxudum ki, Müdafiə Nazirliyinin baş qərargahının keçmiş rəisi Şahin Musayev bu faciə barədə açıqlama verərkən belə deyib: “İlk dəfə mənə Xocalıda neçə nəfərin həlak olması ilə bağlı sual veriləndə, mən 2 nəfər demişəm. Amma bunu prezident Ayaz Mütəllibovu pis vəziyyətə qoymamaq üçün belə etmişdim...”.

Ondan bəri elə hey deyirlər ki, ölənlərin sayı qəsdən gizlədilib. Mən isə başa sala bilmirəm ki, baş verənlərdən xəbərim olmayıb. Niyə gizlətməli idim ki?! Bu cür qətliamı gizlətmək olar?! Mütəllibov kim idi ki, bunu gizlədə?!”.

General-mayor Şahin Musayev 26 yanvar 1992 — 24 fevral 1992-ci il tarixlərində müdafiə nazirinin müavini, baş qərərgah rəisi işləyib. General Şahin Musayev 1992-ci ilin mayında Şuşanın işğalından sonra ölkədən qaçıb. Onun hazırda Ukraynada olduğu bildirilir.

Xatırladaq ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

635x100

Şərhlər

Pisi 2019-02-23 11:17:04

Ayaz Mutellimov siz rusiyaya isleyen adam idiniz demeli 20 yanvardada xocalida sizinde eliniz var nece yeni xeberim yoxdu

sual 2019-02-23 11:17:04

Bu adam ali sovetin sesiyasinda etiraf etdi ki Xoçali hadisəsinə görə gunahkaram və istefa verdi.Hələ Rəhim Qazıyev belə bını müdafiə etdi ki Ayaz müəllim mən gözləmzdim ki siz belə tez təslim olub istefa verəsiz. İndi kimlərə arxa cevirib, kimin əlindən .... ki rusiya günahkardı.Adə səni 15 il orda qoruyub saxlamadılar? Səni Mamed, Faiq Bəxtiyarlar yedizdirib, geyindirmədilər? İndi xeyir ola dil acmısan?...?

AYZEK 2019-02-23 11:17:04

20 NOYABR DA, 20 YANVAR DA, XOCALI QƏTLİAMI DA EYNİ ADAMIN SİFARİŞİ İLƏ TÖRƏDİLİB-İCRAÇILAR MÜXTƏLİFDİR.

EJDER 2019-02-23 11:17:04

YIXIN WAHININ BOYNUNA.KEWA ONDA HARADA IDI.KQB ARXIVLERINI ACIN...VARSA KIM KIMDI ONSUZDA BILINIR.HER IL REMONT OLUNUR,GUL EKILIR,PULLAR SILINIR...EKILLIL QOYULUR,VSYE...SABAHISI HER WEY YADDAN CIXIR,HOKUMETIN BAWI QARIWIR ANALOQU OLMAYAN INKIWAFA

t.ədalət 2019-02-23 11:17:04

AZƏRBAYCAN VƏTƏNDAŞINA :Bu qətliamı icra başçısının səhvi ilə bağlamaq doğru deyil,Elman Məmmədovun arvadı da ermənidir. Xocalı soyqırımının əsas törədicisi Rusiyadır. İki millət arasında düşmənçiliyi dərinləşdirməklə hər ikisinin müstəqilliyini əngəllədilər. Soyqırımdan sonra Azərbaycan hakimiyyətinin ermənilərlə qanı bulaşıqlara etimad göstərməsi,onların böyük vəzifələrə təyin edilməsi çox qəribədir.Anlamaq olmur ki, bizə genetik düşmən olan ölkə ilə qohumluğu olanlara nədən bu qədər qayğı göstərilir?

Oqtay 2019-02-23 11:17:04

Azərbaycan Dövlət Televiziyasında (AzTV) səslənmiş həmin informasiyaya görə isə, guya 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalıda ermənilər tərəfindən cəmi 2 nəfər öldürülüb. AZ TV dəyişməyib yenə də tamaşaçıları aldatmaq istəyir ancaq indi bu nömrələr keçmir çünki AZ TVlərə baxan yoxdur.Heyf o pullar ki onlar havaya sovururlar

Türko]lu 2019-02-23 11:17:04

Çox qəribədir,rəhbərlikdə olanların bir çoxu 20 yanvar,Xocalı qırğınlarının, Rusiya tərəfindən törədilməsini, işğal olunan ərazilərin Rusiya tərəfindən işğal olunmasını söyləməkdən çəkinirlər.Bu isə əsl düşmənin adının çəkilməməsinə səbəb olmaqla yanaşı insanlarımızda yanlış təsəvvür yaradır.Rus dilli məktəblərin çoxalması 5-ci kolonun sayının çoxalmasına səbəb olmaqla yanaşı Rusiyanın mövqeyini daha da möhkəmləndirir.Rusiya dağılmayınca Qarabağ geri qayıtmayacaq və bunu hamı bilməlidir.

Azərbaycan vətəndaşı 2019-02-23 11:17:04

Məni maraqlandıran əsas məsələ odur ki,nə üçün Xocalı qətliyamından bir neçə gün öncə şəhərin icra başçısı şəhəri tərk etmişdi.t.ədalət sən bunun cavabını tap ondan sonra A.Mütəllibovu günahlandır.20 yanvar,Xocalı,laçın,Şuşa,Kəlbəcər və digər işğal olunmuş ərazilərin günahkarının kim olduğunu tarix açacaq.

Vahid. 2019-02-23 11:17:04

Onu qeyd ede bilerem ki,haminiz bir bezin qiraqisiniz xainler.

t.ədalət 2019-02-23 11:17:04

Xalqın fikrini çaşdırmaq üçün hərə bir söz deyir.20 Yanvar Bakı qətliamını və Xocalı soyqırımını Rusiya birbaşa Ayaz Mütəlliobovun iştirakı ilə törədib.Hakimiyyətdə qalmaq və ermənilərin xoşuna gəlmək üçün A.Mütəllibovun hansı hoqqalardan çıxdığını unudubsunuz?Şuşa gedəndə də belə olub.Moskvada Mütəllibovla görüşüb geri qayıdan Ağanın teleçıxışını yada salın:"..Ayaz qədeş dedi ki,mən vəzifəmə qayıdacam,Şuşa qayıdacaq...Onun mövqeyindən narahat oldum.Aeroportda bildirdim ki,Ayaz qədeş, biz sizinlə deyilik."

Yengibar 2019-02-23 11:17:04

Azərbaycanın ən qatı düşməni Rusiyadır.Rusiya durduqca Azərbaycana rahatlıq olmayacaq.

buzlaq 2019-02-23 11:17:04

Bağışlayın deyin görüm indi hakimiyyətdə olan .... Xocalıya siyasi qiymət verib?? BMT tribunasından Xocalı haqqında səslərini qaldıblar?? BMT tribunasından ancaq selfi çəkmək üçün istifadə ediblər və edirlər! .. P.S. Ermənistan boşalır (AzTV telekanalizasiyası (Z.H.)!!!

Son yazılar