Donald Trampı Vyetnamda 200-dən çox məxfi əməkdaş qoruyacaq

Dərc olunub: 23/02/2019 - 14:40

4ca11afa-7e62-47af-a144-a49899ed8e1fGələn həftə Vyetnamın paytaxtı Hanoy şəhərində ABŞ Prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında görüş keçiriləcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, görüşdə D.Trampın təhlükəsizliyini ABŞ Məxfi Xidmətinin 200-dən artıq əməkdaşı qoruyacaq.

Həmin məxfi əməkdaşlar Yaponiyadakı hərbi bazadan 4 təyyarə ilə Hanoya daşınacaq.

Bundan əvvəl ABŞ Prezidentinin Vyetnam paytaxtında “Cadillac One” zirehli limuzinində hərəkət edəcəyi bildirilmişdi.










loading...


Fikrinizi bildirin