Torpaq sürüşməsi: Gürcüstan - Rusiya sərhədi bağlandı

Gürcüstan-Rusiya sərhədi bağlanıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi açıqlama verib.

Gürcüstan ərazisində Şimali Osetiyadan Rusiyaya gedən yolda torpaq sürüşməsi baş verib. Nəticədə avtomobil yolu bağlanıb. Rusiyanın “Yuxarı Lars” sərhəd-buraxılış məntəqəsində onlarla yük maşını qalıb. Avtomobillərin hərəkətinə icazə verilmir.

Güclü yağışlar nəticəsində Gürcüstanda yerləşən Dəryal dərəsində gecə saatlarında baş verən torpaq sürüşməsi zamanı xəsarət alan olmayıb.

Hadisə yerinə xilasedicilər cəlb olunub. Yolun bərpası istiqamətində işlər gedir. Bölgədə yerləşən Terek çayının daşmaması üçün qabaqlayıcı tədbirlər həyata keçirilib. Yolun nə zaman açılacağı barədə hələlik məlumat verilmir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar