Koçaryanın son məhkəmə iclası açıq keçiriləcək

Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Koçaryanın son məhkəmə iclası açıq keçiriləcək.

Paşinyan hökuməti martın 1-dək bu məhkəmə prosesi ilə bağlı heç bir açıqlama verilməyəcəyini bəyan edib. Ermənistanın baş nazirinin bu məsələyə həmin gün Yerevanın mərkəzində keçiriləcək mitinqdə münasibət bildirəcəyi qeyd olunur.

“Past” qəzetinin yazdığına görə, hakimiyyətin sabiq prezidentin məhkəmə iclasını açıq keçirmək qərarı baş verəcək hər hansı insidentin qarşısını almaq məqsədi güdür. Belə ki, Paşinyan Avropa məhkəmə strukturlarına və digər demokratik təşkilatlara nümayiş etdirmək istəyir ki, ölkədə bütün hüquqi proseduralar “qanun çərçivəsində və konstitusiyaya uyğun” həyata keçirilir.

Qəzetin məlumatında Koçaryanın vəkillərinin Avropa İnsan Haqları Məhkəməsinə müraciətinə də müsbət cavab veriləcəyi qeyd olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar