"Topaz" işçisini öldürən dəstə üzvlərinin şikayətlərinə baxılıb

Sumqayıt Apellyasiya Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə və quldurluqda təqsirli bilinən dəstə üzvləri - Fərid Bağırzadə, Kamran Qurbanov, Murad Eyvazov və Əkbər İsgəndərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, həmin şəxslərin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

İttiham aktına əsasən, 2017-ci il sentyabrın 24-də Saray qəsəbəsində yerləşən "Topaz" bukmeker kontorunda işləyən, Füzuli rayon sakini Amal Nadirli Sumqayıt şəhərində bir qrup şəxs tərəfindən vəhşicəsinə döyülərək öldürülüb.

Polisin keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri F.Bağırov, K.Qurbanov, M.Eyvazov və Ağstafa rayon sakini Ə.İskəndərov həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs F.Bağırzadə 19 il, M.Eyvazov 18 il, Ə.İsgəndərovla K.Qurbanovun isə hər biri 11 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayətləri veriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar