BMT-nin 3 sülhməramlısı öldürüldü
Baxiş sayı:
Dərc olunub:
23/02/2019 - 17:28
Malinin cənubunda naməlum silahlı şəxslərin BMT-nin sülhməramlı missiyasına hücumu nəticəsində 3 nəfər həlak olub.
Trend-in məlumatına görə, insident cümə günü axşam saatlarında paytaxt Bamakodan cənub-qərbdə, Sibu kəndində qeydə alınıb.
Daha bir sülhməramlı isə ağır yaralanıb.
Missiya rəhbəri Maxamat Saleh Annadif baş verən hadisəni qəti şəkildə qınayıb və ölənlərin ailələrinə başsağlığı verib.
Qeyd edək ki, missiya 2013-cü ilin aprelində təsis olunub və Malidə təhlükəsizlik məsələlərini yerinə yetirir.
Son yazılar
13:33
Ermənilər Azərbaycanla delimitasiyaya etiraz olaraq bir neçə avtomobil yolunu bağlayıb - VİDEO
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.