İran polisi 1,2 ton narkotik vasitə müsadirə edib

Fevralın 23-də İran polisinin Sistan-Bəlucistan vilayətində keçirdiyi əməliyyat zamanı narkotik qaçaqmalçılığı ilə məşğul olan dəstə zərərsizləşdirilib. Əməliyyat Səb və Suran şəhərlərini əhatə edib.

Bu dəstə Əfqanıstandan İrana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə keçirib.

Vilayətin polis rəisi Məhəmməd Qəmbəri bildirib ki, alınan operativ məlumat əsasında hazırlanan əməliyyat uğurla həyata keçirilib və qaçaqmalçılar həbs edilib. Onlar 1,2 ton narkotiki İrana keçiriblər. Məqsədləri bu narkotiki Avropaya göndərmək olub.

AzərTAc-ın məlumatına görə, M.Qəmbəri bəyan edib ki, 2001-ci ildə ABŞ-ın silahlı qüvvələri Əfqanıstana daxil olduqdan sonra narkotik qaçaqmalçılığı artıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar