BRÜSSELDƏ İZDİHAMLI XOÇALI MİTİNQİ - FOTOLAR, VİDEOXÜLASƏ

Dünən  Belçika krallığının paytaxtı Brüssel şəhərində (Lüksemburq meydanı) dünyanın müxtəlif ölkələrindən yüzlərlə soydaşımızın iştirakı ilə Ümumavropa Qarabağ mitinqi və ermənilərin törətdiyi Xocalı soyqırımının 27-ci ili münasibəti ilə anım nümayişi keçirilib. Mitinq dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə Belçika Krallığının paytaxtı Brüssel şəhərində Lüksemburq meydanında keçirilib.

Mitinq yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə 17:00) başlayıb və öz izdihamlılığı ilə seçilib. Lüksemburq meydanını dolduran azərbaycanlılar  “Xocalıya ədalət”, “Dilqəm və Şahbaza azadlıq”, “Biz Qarabağa qayıtmaq istəyirik” tələbləri ilə Lüksemburq meydanına gəlib.

Mitinqdə Avropada yaşayan azərbaycanlılar, türkiyəlilər, Azərbaycanı özünə dost bilənlər və Bakıdan gedən rəsmi nümayəndə heyəti iştirak edib.

0d73654a-5ffe-4310-acc0-0f3456e6cb55.jpg (181 KB)

5fb61f62-863b-40e1-9d48-1dd11d0ab93a.jpg (181 KB)5fb61f62-863b-40e1-9d48-1dd11d0ab93a (1).jpg (181 KB)

 

367a6515-3b0d-4b85-9945-d50e710e8441.jpg (187 KB)

1644cd11-4d0e-4bdd-8210-e67d6000fcf5.jpg (187 KB)

5864ee84-af69-416b-b602-77ff1a9d0d58.jpg (214 KB)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar