Şimşək çaxacaq, yağış yağacaq - Proqnoz

Havani olchen termometr 280912Avqustun 22-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 24-27, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 21-26, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza gəlincə, kəskin isti hava şəraitindən sonra avqustun 24-dək Abşeron yarımadasında arabir güclənən xəzri küləyi və temperaturun bir qədər aşağı enməsi meteohəssas insanlar üçün müsbət amildir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar