“KƏMALƏDDİN HEYDƏROVLA ORTAQ BİZNESİM...” – “Əli İnsanov azadlığa buraxılmalıdır” (Müsahibə)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu və ilk sədri Etibar Məmmədov Demokrat.az xəbər portalına müsahibə verib.

“AzPolitika” həmin müsahibəni təqdim edir:

- Etibar bəy, bir neçə gün sonra cinayətkar erməni və rus hərbiçiləri tərəfindən törədilən Xocalı faciəsinin 27-ci ildönümü tamam olacaq. Bu faciənin qarşısını almaq mümkün idimi?

- Xocalı faciəsi Ermənistan-Azərbaycan müharibəsinin ən ağır səhifəsidir, dinc əhaliyə qarşı törədilmiş cinayətdir, soyqırım cəhdidir. Bu, insanlığa qarşı böyük cinayət hesab olunur. Xocalı faciəsinin törədilməsində erməni işğalçıları ilə bərabər Rusiyanın 366-cı alayının hərbiçiləri də iştirak ediblər. Yəni, Xocalı faciəsinin məsuliyyətini həm Ermənistan, həm də Rusiya daşıyır. Onların da cəzalandırılması mütləq vacibdir. Çox təəssüf ki, indiyədək Xocalı faciəsinin törədilməsində iştirak etmiş cinayətkarların heç biri cəzalandırılmayıb. Halbuki, həm beynəlxalq, həm də Azərbaycan qanunlarının tələblərinə görə onlar cəzalandırılmalı idilər.

- Xocalı faciəsi törədilən zaman Azərbaycana rəhbərlik etmiş Ayaz Mütəllibov müsahibələrində bildirir ki, həmin dövrdə o, Xocalıda baş verənlərdən xəbərsiz olub. Necə düşünürsünüz, Prezidentin belə bir faciənin törədilməsindən və nə qədər adamın həlak olmasından xəbərsiz olması mümkün idimi?

- Belə danışan adamlar gərək öz məsuliyyətlərini dərk etsinlər. Yəni, dövlətə başçılıq edən və Prezident vəzifəsini daşıyan adam həm dövlətin, həm də əhalinin təhlükəsizliyi üçün məsuliyyət daşıyır, buna görə and içir. Prezidentin məsuliyyəti odur ki, o, belə məqamlarda lazımı tədbirləri görməlidir. İndi Ayaz Mütəllibov bu tədbirləri görüb və yaxud görməyib, bütün bunlar o zaman yaradılan Komissiyanın işində öz əksini tapıb. Heç kəs demir ki, Ayaz Mütəllibov bunu bilərəkdən edib və yaxud da xəyanət olub. Sadəcə olaraq, o bu məsələdə bir Prezident kimi vəzifə məsuliyyəti daşıyır.

Eyni zamanda həmin dövrdə hərbi və inzibati vəzifə tutanlar da məsuliyyət daşıyırlar. Təbii ki, onların məsuliyyəti başqadır, ermənilərin məsuliyyəti isə cinayət məsuliyyətidir. Bu günədək ermənilər insanlığa qarşı törədilən cinayətə görə məsuliyyətə cəlb olunmalı idilər. Çox təəssüf ki, bu təcrübədən hələ ki, istifadə olunmayıb. Dövlət tədbirlər görməli idi ki, Xocalı faciəsini törədənlər sonradan rahat yaşaya bilməsinlər. Onların rahat yaşamasına imkan vermək olmaz.

- Ayaz Mütəllibovun da cəzalandırılmasını istəyirsiniz?

- Xeyr, mən demədim ki, Ayaz Mütəllibov da cəzalandırılsın. Onsuz da o cəzalandı və Prezident vəzifəsini itirdi. Dediyim kimi, Ayaz Mütəllibov Xocalı faciəsinin törədilməsində vəzifəsini yerinə yetirməməyinə görə məsuliyyət daşıyır. Ancaq burada cinayət törətmiş şəxslər Ermənistan və Rusiya tərəfidir.

Burada söhbət heç də dövləti cəzalandırmaqdan getmir. Xocalıda cinayəti törədən rusları və erməniləri cəzalandırmaqdan söhbət gedir. Bu şəxslər rahat həyatlarını davam etdirməməlidirlər. Yəni, dövlət tərəfindən lazımı tədbirlər görülməlidir ki, onlar ən azı narahatlıq keçirsinlər. Daha əl-qollarını sallaya-sallaya istədikləri yerə rahat gedib-gələ bilməsinlər.

- Bəzən müxalifətdən olan tanınmış şəxslər sizin hakimiyyətlə yaxın əlaqələrdə olduğunuzu iddia edirlər. Bu nə qədər doğrudur?

- Mən bütün hakimiyyətlərin dövründə hamı ilə münasibətlərimi normal saxlamağa çalışmışam. Hesab edirəm ki, normal insani münasibətlərin saxlanılması başqa cür yozula bilməz. Hər zaman belə düşünmüşəm ki, Azərbaycan daxilində heç kəs bir-birinə düşmən kimi baxmamalıdır. Bizim düşmənimiz məlumdur. Düşmənə qarşı da düşmən mövqeyində olmalıyıq. Aydın məsələdir ki, mənim və hakimiyyətdə təmsil olunan adamların fikirləri fərqli ola bilər. Bu da təbiidir. Mən hakimiyyətin bir çox mövqeyləri ilə razı deyiləm. Mənim kimi narazı olan başqa adamlar da var. Onlar fikirlərini azad şəkildə bildirməlidirlər. Mənim istəyim də odur ki, fərqli fikir bildirən adamları təqib etmək, cəzalandırmaq olmaz. Əgər indi hakimiyyətdə olanlardan kim bunu edirsə, bu dövlətə ziyan vuran addımdır.

Ancaq bir daha deyirəm ki, bu gün hakimiyyətdə təmsil olunan adamlarla 30-40 illik münasibətlərim var. Əgər mən kiminləsə 30-40 ildir tanışamsa, o zaman bu gün ona üz çevirib getməli deyiləm.

- İddialardan biri də sizin Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla ortaq biznesə malik olmağınızla bağlıdır...

- Xeyr, bu yalandır. Mənim Kəmaləddin Heydərovla əlaqələrimin və ortaq biznesimin olması barədə xəbərlər cəfəngiyyatdır. Ancaq bu gün iqtidarda təmsil olunan yüksək vəzifəli adamlarla münasibətlərim var. Hesab edirəm ki, bu qəbahət deyil. Mənim hərəkat yoldaşlarımdan bu gün vəzifələrdə olanları da, hərəkatda olmayıb hakimiyyətdə olanları da var. Bu cür münasibətlərin olmasını qınamaq doğru deyil.

- Hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun martda azadlığa buraxılacağı ilə bağlı xəbərlər dolaşır. Bununla bağlı nə deyə bilərsiniz?

- Çox istərdim ki, Əli İnsanov tezliklə azadlığa buraxılsın. Çünki bu yaşda insanın həbsdə qalması heç də xoşagələn hal deyil. Digər tərəfdən isə Əli İnsanov həddindən artıq cəzasını çəkib. Tanınmış alimin, yaşlı insanın hələ də həbsdə qalması Azərbaycana hörmət gətirmir.

Vasif Həsənli

635x100

Şərhlər

Natiq 2019-02-24 15:49:09

Ay nuri kimi ..... trollar bilin ki xalq hem kohne iqtidardan hem de indiki iqtidardan Xalq herakatinin danilmaz lideri Etibar bey paxilliq neticesinde xeyanet etdiklerine gore Xalq bunlardan imtina edib indiye kimi elita bunu yaxwi bilir ay bedbextler bu Xalqi Etibar beyden yaxwi hec kes qabaga apara bilmeyeceksiz

Natiq 2019-02-24 15:49:09

Ay nuisen ..... bilmirem nezibilsen ancaq bil Musteqqiliyimizi qzandiran wexsiyyetin Xalq herakatinin lideri baresinde pis fikir daniwanlara bir soz demek isteyire Xalqimiz meni bagiwlasin ancaq mecburam yalancinin.......

Natiq 2019-02-24 15:49:09

...Azərbaycan xalqının müstəqilliyi uğrunda şəriksiz lider olan Etibar Məmmədov haqqında belə ifadələr işlətməklə özünüzün kim olduğunuzu bir daha sübut etdiniz. Bilin və agah olun ki, 89-cu ildən başlayaraq xalq hərəkatının lideri olmuş E.Məmmədov o zaman AXC-də olan KQB agentlərinin iç üzünü açdı. Ona görə də həmin agentlər və ağalarının ağaları Etibar bəyə harda gəldi böhtan atırlar.

Amin Vəliyevaya 2019-02-24 15:49:09

Etibar Lefertovoda,Bakı meydanlarında kimin sözlərini söyləyirdi? Axşamlar Elmlər Akademiyasına yığışıb səhərki ssenarini kim idarə edirdi? Bilmirsinizsə,bir də Nemətdən soruşun.Elə bilirsiniz millət həmişə yatır?Etibar icraçı olub və bu gün də onun hesabına yaşayır.

Əli 2019-02-24 15:49:09

Etibat Məmmədov Azərbaycan siyasətində.... baxmayaraq ki, mən ona 98-ci il seçkilərində səs vermişdim.Onda bilmirdim ki, bu insanin içində nə var...

azeri 2019-02-24 15:49:09

Bu hele de sagdir?

İlqara 2019-02-24 15:49:09

Lap əcəb eləyir. Əlinin içindən gəlir. Duxun var sən də elə.

İlqar 2019-02-24 15:49:09

Etibat Məmmədov korrupsioner və rüşvətxorlarla bazarlıq aparan, .... ..və .. siyasi meyitdir. .... Onun qohumları nazirliklərdə və digər dövlət orqanlarında yüksək vəzifədədirlər, çünki hökümətə boyun əyənndir.... Oğlu Amerikada atasının pulları ilə şellənir, özünün isə Türkiyədən başlamış Bakı şəhərində çoxlu obyektləri var.

ceyran ənsər 2019-02-24 15:49:09

ETİBAR BƏYİN hər müsahibəsinə bu qədər qıcıqlanan,öz qabiliyyətsizliklərini,səriştəsizliklərini,savadsızlıqlarını,heç nəyə qadir olmadıqlarını ört basdır etməyə çalışanlar nəyə nail olmaq istəyirlər ki!!Onsuz da onlar lap yaxşı bilirlər ki,MİLLİ AZADLIQ HƏRAKATININ LİDERLƏRİNDƏN BİRİ MƏHZ ETİBAR MƏMMƏDOVDUR!!!!!! ETİBAR BƏY KİMİ DƏRİN SİYASƏTÇİ,MİLLƏTİNİ VƏAZƏRBAYCAN XALQINI TƏMƏNNASIZ SEVƏN,DÖVLƏTİ VƏ DÖVLƏTÇİLİYİ HƏR ŞEYDƏN UCA TUTAN BİR SƏXSİYYƏT ALLAH TƏRƏFİNDƏN VERİLMİŞ BİR TÖHVƏDİR!ÖNCƏ

Şərh yazan Elşənə 2019-02-24 15:49:09

Valeh bəy düzgün qeyd edib. Ehtibar Məmmədov Partiya əməkdaşlarının əməyi sayəsində özünə yaşayışı üçün şərait yaradıb....yəni özü üçün çalışan adamdır, siyasətçi elə olmur, əsl siyasətçi başqasınında yaşayışını düşünməlidir. O Partiya üzvülərinin hesabına,şans qazandı....

Aminə Vəliyeva 2019-02-24 15:49:09

Etibar Məmmədovdan nə istəyirsiniz nə vermisiniz ala bilmirsiniz daşı buqədər ağır olub daşıya bilmirsiniz. Etibar bəy müsahibə verən kimi qara qarğalar kimi tökülürsiniz bura dərdiniz nədir bilirik qorxursunuz,ay aman siyasətə qayıtdı.Etibarbəy 1989-ci ildəsözünü meydanda Qorbaçova demişdi sizlər kimsiniz onu müqəssir sayırsınız Moskva onu suddura bilməyib Etibar bəyin Lefortofada yarım satlıq çıxışını Rəhim bəydən soruşun görün Milləti haqqında nəllər danışıb.gizlənənlər burda Yusif Səməd oğlunun evidə

Nazakat 2019-02-24 15:49:09

Miri ş .... bu sənsən? Nə tez böyümüsən?

Arzuxan 2019-02-24 15:49:09

Milli azadlıq hərəkatında və Azərbaycanın müstəqillik əldə etməsində Etibar Məmmədovun əvəzolunmaz xidmətləri olub. Bir çoxları səsini çıxarmağa qorxduğu zamanlarda Etibar Məmmədov istiqlalımız uğrunda imperiyaya qarşı mücadilə edərək Xalğımızın qəhrəmanlıq simvoluna çevrilmişdi. Etibar bəy bu gün də bütün varlığı ilə dövlətinə və millətinə bağlı şəxsiyyətdir. Bu da bir həqiqətdir ki, bir qrup pusquda dayanan trolların nə yazmasından və deməsindən asılı olmayaraq zaman hər şeyi öz yoluna qoyacaq.

Elşən 2019-02-24 15:49:09

Valeh Xəlilov adında birisi burada yazır ki, 15 il AMİP üzvü olmuşam ,amma bu illəri itirilmiş hesab edirəm və halallıqdan filandan danışır. Məlumdur ki, belə bir partiya üzvü heç olmayıb da. Hətta olsaydı belə məyər onun peşiman olması üçün 15 il vaxt lazım idi? Əyər ortada qaranlıq nəsə olardısa bunu qısa müddətdə görmək olrdı. Yeri gəlmişkən Etibar Məmmədovun AMİP sədri olduğu dövr cəmi 12 ili əhatə edir . Valeh heç olmasa öncədən AMİP-lə bağlməlumat belə toplmağa cəhd belə göstərməyib

İrəvan Azdliq 2019-02-24 15:49:09

Eşq olsun Etibar Məmmədov və Əli İnsanova. Hər ikisi əyilməz və haqqın, ədalətin yanında olan böyük şəxsiyyətlərdi

Atilla Tash 2019-02-24 15:49:09

Rus ve ermeni nökerleri üçün Etibar Mammadov ağır daşdır, dushub bashlarina. Az qala her sheyin, her bir problemin gunahını onda gorurler. Etibar bəy əsil kishi siyasetçisi, boyuk ictima-siyasi xadimdir. O hele bundan sonra da oz varliqi, fealliyyeti ile chox bedxahları rezil edecek. Etibar bey her defe metbuata chixanda beleleri paxılliqlarindan, eseblerinden her defe olub dirilirler. Olun, cehenneme vasil olun. Sizin kimlerin yeri oradır

murad 2019-02-24 15:49:09

Etibar Məmmədov aktiv siyasətdən uzaqlaşsa da ölkədə mövcud olan , millətini ,dövlətini sevən, bu xalq üçün xidmətləri olan 3-5 siyasətçidən biridir.Bu xalqın onun kimi siyasətçilərə ehtiyacı var.

Türkoğlu 2019-02-24 15:49:09

Etibar Məmmədov,İsa Qəmbər,Əbülfəz Əliyev və onların ətrafındakılar 20 yanvarda əhalini aldadaraq silahlı RUS QOŞUNLARININ QARŞISINA ÇIXARARAQ QIRĞINA VERDİLƏR.TORPAQLARIMIZIN ƏLDƏN GETMƏSİNDƏ DƏ ROL OYNADILAR.Ta- rixdə aranı qarışdıraraq, hakimiyyəti zəiflədərək Azərbaycanı bəlaya düçar edənlər kimi qalacaqlar.Etibar Məmmədovu etdiklərinə görə Azərbaycan xalqı heç vaxt onu bağışlamayacaq.

Alp Ər 2019-02-24 15:49:09

Uzaqbaşı bu qarğalar zəhlə tökürlər. Amma bir daş bunlara yetər.

Alp Ər 2019-02-24 15:49:09

... Etibar Məmmədovun bu xalq və millət qarşısında hansı böyük xidmətləri olub. Azərbaycanın yenidən müstəqillik qazanmasına rəhbərlik bilavasitə Etibar Məmmədovla bağlıdır. Sanki bir qrup dejurnu böhtançılar və əsilsizlər pusquda durub Etibar bəyin ağzını açıb bir kəlmə söz deməsini gözləyir. Başlıyırlar qarıldamağa. ...

Türk 2019-02-24 15:49:09

Etbar bəy də xalq cəbhəsi hərəkatının digər üzvləri kimi qəhrəmanlıığı, eyni zamanda ziddiyyətləri ilə tarixə düşəcəkdir. Etibar bəyə artıq siyasi pensioner demek olar. Gəlin, pensionerleri tarixin hökmünə buraxaq və gələcəyə hazırlaşaq.

Kərəm 2019-02-24 15:49:09

Etibar bəy 20 yanvar gecəsi hadisə baş verəndə harada gizlənmişdi?Onu tapmaq mümkün olmadı.

Aqronom 2019-02-24 15:49:09

.... yaxşıdı insan olana.

Baba 2019-02-24 15:49:09

ETİBAR HEÇ BİR TƏŞKİLATA BİRLİYƏ BURAXILASI ADAM DEYİL. SRAZU ORANI QATIB QRIŞDIRACAQ.

Valeh-ə 2019-02-24 15:49:09

Onun kimə xidmət etdiyi,kimlərin göstərişlərini yerinə yetirdiyi,bu günə qədər toxunulmaz qaldığı,özü dediyi kimi hələ də YAP-dakı bəzi adamlarla əlaqəsi olduğu çox mətləblərdən xəbər verir.Ancaq bunların açılmasının zamana və bir də dəyişikliyə ehtiyacı var.Çox ehtimal ki,bu da gec-tez baş verəcək. Tarix unudulmur.Zaman ən gözəl hakimdir!

bezmyanniy 2019-02-24 15:49:09

Покажи свой друг-скажу кто ты

Valeh Xəlilov 2019-02-24 15:49:09

15 il müddətində E. Məmmədovin rəhbərlik etdiyi partiyanın üzvü olmuşam. Bu dövrü bəzi epizodlarını istisna etəklə itirilmiş hesab edirəm. Onun 10 minlərlə partiya üzvünə və ümumiyyətlə bütövlükdə xalqa ..... kifayət qədər arqumentim var. Mən və mənimlə olan yüzlərlə keçmiş partiya üzvü çəkdiyimi məhrumiyyətləri ona heç bir halda halal etmirik. Onun Azərbaycan milli hərəkatında hansısa rolundan danışmaq təmamilə yersizdır. Vaxtilə kimə xidmət edirdisə elə indi də onlara xidmət edir.

Etibar bəyə 2019-02-24 15:49:09

Etibar bəy,Xocalı və 20 yanvar hadisələrinin törədilməsində Ermənistan və Rusiyanı təqsirkar bilirsiniz.O zaman Sizin bu hadisələrin baş verməsinin əsl sifarişçisi və idarə edicisinin kimlər olduğundan xəbəriniz ola bilərdi.Bu barədə də fikirləriniz maraqlı olardı.Çünki Qorbaçovu kimsə məlumatandırmalı idi.Burada gizli əl olduğu şübhəsi də mövcud ola bilərdi.( sapı bizdən olan balta)

zakir qerbi azerbaycanli 2019-02-24 15:49:09

Etibar memmedov eli insanovun hebs edilmesine haqq qazandirir-gorun musahibede ne deyir- Digər tərəfdən isə Əli İnsanov həddindən artıq cəzasını çəkib.

yusif 2019-02-24 15:49:09

bu etibaein musahibesinin esebi oxudum. o sanki .... dinc əhaliyə qarşı törədilmiş cinayətdir, soyqırım cəhdidir. gorun bu adam nece de qorxaqcasina danisir. xalqa qarsi soqqirima- soyqirim cehdi deyir. ..

Maarif 2019-02-24 15:49:09

Ay Etibar , niyə bu günə kimi 20 yanvar, Xoclı hadisələrinin əsl iç üzü, işkilatçıları,sifarişçiləri şkarlanıb millətə çatdırılmır?Bunun səbəbini izah edə bilərsinizmi? Axı Siz də 20 ynvar hadisələri zamanı öndə gedənlərdən idiniz? Yoxsa düşünürsünüz ki, bəzi hallr yaddaşlardan silinib? Əsla yox! Bildiyinizi niyə gizlədirsiniz?

YAP-çı 2019-02-24 15:49:09

Etibar Məmmədovun lazım olan məqamlarda, sözün əsil mənasında çox ciddi addımlarını, Azərbaycana xidmətlərini görmüşük. Bunu danmaq, görməzlikdən gəlmək, çirkab atmaq düzgün deyil, insafsızlıq olar. Təkcə bunu unutmamalıyıq ki, Heydər Əliyevin Azərbaycana qayıdışına mane olunan vaxt xalqın yeganə ümid yeri ETİBAR MƏMMƏDOV idi. Bunu təsdiq etsəniz də, etməsəniz də, o dövrün təlatümünü yaşayanlar dəqiq bilir. Namusuma and içirəm ki, 1993-cü il mart ayından aktiv YAP-üzvüyəm.Etibar bəylə şəxsən tanış deyiləm.

Vidadi 2019-02-24 15:49:09

Bu yenə ortalığa çıxır? ...Millət bunu arxivin dərinliyinə göndərib.Bəs bu niyə olduğu yerdə qalmır.Milli istaqlaliyyət partiyasında istiqlaldan əlamət belə qalmadı.İndi utanmır yenə ortaya çıxır? Belələrinin ( Etibar, Nemət, Rəhim , İsgəndər və bunun kimilər) ucbatından millət ağır günlərə düçar oldu. .........Budur bunların Azərbaycana vurduğu zərbə!

Qoç Koroğlu 2019-02-24 15:49:09

Əli İnsanovun general Mahmudov ... ətrafı ilə şərləyib tutdurdu. Etimad və inam qazanmaq üçün vəzifə başına gətirilən kimi yalandan hakimiyyətə qəsd ssenarisi qurdu,səlahiyyətindən sui-istifadə edib bəzi adamların əleyhinə yazılı ifadələr- böhtanlar aldı. Ə.İnsanovu da şərləyib həbs elədi. İllər keçəndən sonra məlum oldu, hakimiyyətə xəyanət edən Mahmudov özü imiş.Amma indi ... azadlıqda kef edir.Sərlqdiyi İnsanov isə həbsdədir.

EJDER 2019-02-24 15:49:09

BELI,ERMENISTANDA HAKIMIYYETE DOYUWENLER GELDI,BIZIM HAKIMEYYETDE KIMLER QARABAQDA DOYUWUB,NIYYYY...BIR COX GENERALLARIMIZ,TOBOR,ALAY,BRIQADA,KORPUS KECMEYIB...ANALOQU OLMAYAN,KITAYSKI DILER.

Ekspert 2019-02-24 15:49:09

Etibar bəy, dediyiniz o qatı cinayətkarlar,koçaryan, serj sarkisyan sonradan ermənistan hakimiyyətinin başına keçdilər. Bizim də hakimiyyət təmsilşilərimiz də sonradan hər görüşdə onlarla gül-gülə,sevinclə görüşürdülər.Hətta deyərdim kabab da yedilər.Bax buna nə ad vermək olar? Axı onlar soyqırın qatı iştirakçıları və başçıları idi.Amma bizimkilər onlarla necə davrandılar.Rəsmiyyət soyqırımda keçməməli idi.Düşmənlə düşmən kimi danışılmalı idi.İndi siz deyin, hansı bizmki idi?

muzaffar1949 2019-02-24 15:49:09

Bu adam Xocalı soyqırımını genosid cəhdi adlandırır! ... Amma təəccüblənmiyin, axı o ......Hakimiyyətdə olan zümrənin əsasını təşkil edir! Onlar üçün əsas vəzifədir və ya vəzifədə olanlara yaxın olaraq öz dəbdəbəli kef içində olan həyat şəraitini qorumaqdır. Bir siyasətçi kimi o bilir ki bankrotdur! Odur ki, açıq danışır! Ərazisinin az qala 50 faizinə nəzarət etməyən dövlət müstəqil ola bilməz.Heç bir MDB ölkəsində Rusiya belə güclü deyil! Vəzifədəkilər-5-ci kolon

AYRİM 2019-02-24 15:49:09

Hec kəsə sirr dəyil ki YAP əksəriyyəti AMİP köynəyindən cixib. BBeləolan halda Etibar nədən sabiq YAP-ni və həm də həqiqətən tanınmış akademiki müdafiə etməsin. Bundan başqa axi bu insan doğurdan da kifayət qədəər çəzasını cəkib. Baxmayaraq ki ondan da coxları dövlətə xəyanət və ya dövlət çinayətilə bağlı cəzalara məruz qalsalar da amma çəzanın 3 də birini belə cəkmədən azad olunub.Bəyəm İnsanov Rəhimdən, Fəhmindən Surətdən və əhayət Azərbayçanı parcalamaq isdəyən Əlikramdandamı ölkəyə cox ziyan vurub?

kamil 2019-02-24 15:49:09

Bes elcibay dastayi i?!

Dr.AGAOGLU 2019-02-24 15:49:09

Xocali hadisələri ilə bağlı fikirlərində natamam əsaslar vardır.Lakin Etibar müəllim unutmamalıdır ki.onun keçmiş əməlləri də onun rahat yaşamaq haqqını əlindən alır.Ancaq o, qınadəqları kimi layiq olmadığı rahat,qarantiyalı həyatını yaşayır,dostluğunu genişləndirir.Ruslar demiş "maya xata s krayu" deyir.

Sus 2019-02-24 15:49:09

Mirinin fikiri ilə tamamilə raziyam.Ancaq bu siyahı bir az da uzadilmalıdır.

t.ədalət 2019-02-24 15:49:09

Hörmətli Etibar Məmmədov,Xocalıda törədilən birbaşa soyqırımdır."Soyqırıma cəhd" kimi adlandırdığınız bu qətliam silahsız və dinc əhaliyə qarşı məqsədli şəkildə rus və ermənilərdən ibarət tam silaha sarılmış hərbiçilər tərəfindən törədilib.Faciə isə təbiət hadisələri və qəzalar nəticəsində baş verir.Xalqımızın dərdini təhrif etmək imandan deyil.Siz ixtisasca tarixçisiniz və soyqırımın nə demək olduğunu yaxşı bilirsiniz.Əgər bu qətliam soyqırım deyilsə,onda bəs nədir?Fikrinizə izah verməyinizi,xahiş edirəm.

miri 2019-02-24 15:49:09

Etibar bu günkü balalarımızın əsas səbəbkarlarından biridir. Çünki onun siyasi dəstəyi, Rəsulun maliyyə dəstəyi, Surətin hərbi dəstəyi , Əlkiramin separatizm dəstəyi, İ.Mustafayevin ağsaqqal (?) dəstəyi, Nemətin, Rəhimin, Şadmanin, N.Suleymanovun... müxtəlif hərəkətləri ilə 2ci milli hakimiyyəti yıxa bildilər. Tarix və xalq bağışlamaz sizləri .

Son yazılar