“O ADAM ÖZ TALEYİLƏ OYNAYIR...” - Deputat əmlaklarının siyahısını yayanı hədələdi + VİDEO

“Barəmdə yazılanlar tamamilə cəfəngiyyatdır və heç bir fakta söykənmir”. Bu sözləri Qaynarinfo.az-a açıqlamasında millət vəkili Hadı Rəcəbli deyib.

O, bəzi saytlarda varidatı haqda yayılan siyahıdan da danışıb. Bildirib ki, bu, doğru deyil: “Bunlar tamamilə yalandır. Keyfiyyətsiz bir adamın yazdığı materialdır. Bu haqda mətbuatda daim təkziblər gedib. Həmin siyahını kimin yayımladığını da yaxşı bilirik. O adam öz taleyi ilə oynayır. Hansısa məqamda gərək cavab verə. Mən artıq 50 ildir siyasətdəyəm. Hamı da çox yaxşı tanıyır. Əgər elə bir şey olsaydı, məni məsuliyyətə cəlb edərdilər.

İkincisi də, “Real TV”yə verdiyim müsahibənin həmin hissəsi tamamilə təhrif olunub. Belə olmamalıdır. Fikirlər təhrif olunmasa, yaxşıdır. Dövr elə dövrdür ki, insanlar qıcıqlanır. Bir az diqqətli, ehtiyatlı olmaq lazımdır. Hadı Rəcəblinin adı ilə ağızlarına gələni yazıblar. Buna Lənkəran camaatı gülür. Mənə deyilən söyüşlərin hamısı geri qayıdır. Mənim tövsiyyəm odur ki, mətbuat bir az obyektiv olsun. Xalq kütlə psixologiyasına uymasın”.

Qeyd edək ki, son günlər Milli Məclisin deputatı Hadi Rəcəblinin müsahibəsi ictimaiyyətdə narazılığa səbəb olub və sosial şəbəkələrdə deputatın “Ailədə iki nəfər iki ayrı yerdə işləsə, 180 manatla dolanmaq olar” fikri tənqid olunub.  Eyni zamanda  millət vəkilinə aid olduğu iddia edilən çoxsaylı əmlakların siyahısı sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılıb.

H.Rəcəblinin sözügedən fikirlərini aşağıda təqdim olunan müsahibənin 7:50-ci dəqiqəsindən sonra dinləyə bilərsiniz:

635x100

Şərhlər

HADIYA 2019-02-24 21:11:48

UTANMASAN OYNANAĞA NƏ VAR Kİ!BU ADAM ELƏ BİLİR ƏTRAFDAKI İNSANLAR DA ONUN KİMİ .....aALLAH YA AĞIL VERSİN,YA DA QALANINI ALSIN..AMİN! YAZIQDIR...

Гачгын 2019-02-24 21:11:48

самодоволъный--.. считаещ себя самым умным или самым силным,пока тебя везет приписывай это своей ловкости,потому что придет время и люди увидит как ты во всем обвиняещ бога---толъко жди и мы тоже ждем

seda 2019-02-24 21:11:48

mallim deyesen cox baxir)

seda 2019-02-24 21:11:48

mallim deyesen cox baxir)

Mahir 2019-02-24 21:11:48

HADI NECƏ PULLANIBSA GÖZÜ HEÇ NƏYİ GÖRMÜR İNSANLARI HƏDƏLƏYİR. DÖVLƏTİN QANUN QAYDASI DA ONUN VECİNƏ DEYİL. https://www.youtube.com/watch?v=EY1eQng_HCM

pensiyaçı 2019-02-24 21:11:48

Bu kommentarilər yəqin Hadının xoşuna gəlib.Ona görrə tez-tez saytlarda görünür.Amma görünməsi yaxşıdır.Çwnki onu gördükcə milətin ona haqlı həqarəti artır. Bəlkə bir az düşündü.

Fərzalı 2019-02-24 21:11:48

Insan özünü olduğundan artıq ağıllı sayanda,göstərmək istəyəndə cəmiyyətdə hörmətdən düşür.Çünki kənar ona dürüst qiymət verməyi bacarır.Özündən razılıq isə insanın mənfi keyfiyyətləri sayılır. Bunu Hadı anlayırmı? Ancaq anladığı hissolunmur.Çünki özünə aludə olub.Fərq etməz,zaman gözəl mühakimdir.

alı 2019-02-24 21:11:48

Görünür Rövıən Lənkəranski (Qəbri nurla dolsun) rəhmərə gedəndən sonra Hadın meydanı boş görüb vor zakon olmaq istəyir. Tanış olun-Lotu Hadı Rəcəblinski hən də Lənkəranski.

Realist 2019-02-24 21:11:48

Hadı hansı əlaqələrinə görə gündəmdə saxlanılır?Axı o .... bölməyə qabiliyyəti çatmayan şəxsdir.Niyə bu qədər illər onu gündəmə saxlayıblar? Kim bu suallara cavab yazar?Qoy millət bilsin ki, onun hansı ... hökumətin xoşuna gəlib?

Rashad haciyev 2019-02-24 21:11:48

Toxun acdan ne xeberi var

Ziya 2019-02-24 21:11:48

BU QOCA O QƏDƏR PULLANIB Kİ VOR ZAKON KİMİ DANIŞIR

Pirzadə 2019-02-24 21:11:48

Heç kim məndən iciməsin. Kim olursan ol,hansı vəzifəni tutursan tut.Bacarana baş qurban.Ancaq millətinə,xalqına əziyyət vermə. Hər bir millət vəkili(deputat) ilk öncə öz keçmişini yada salmalıdır.Yəni bir zamanlar tramvayda,talebusda,marşrut taksilərdə,avtobusda ,metrolarda və imkansızlıqdan çörək almağa pulu olmayan anlarda piyada gəzdiyi günlərini xatırlamalıdır.Həyatın hər üzünü düşünərək Milli Məclisdə qanun qəbul olunmazdan əvvəl keçmışının bəhrəsini rəhbər tutaraq qanuuna səs verməlidir.

EJDER 2019-02-24 21:11:48

HESAB EDIREM KI,BU HADI WEKIDE OLANDA HAJI DAYININ FENDINE DUWUB.....

Vətəndaş 2019-02-24 21:11:48

Lənkəranda işsizlıkdir.kənd yolkari bərbaddir.qaz yoxdur

VƏTƏNDAŞ 2019-02-24 21:11:48

ay millət vəkili Lənkəranda cammat işsizlikdƏn əziyyət çəkir.LİMANİN BİR ÇOX HİSSƏSİNDƏ QAZ YOXDUR.KƏND YOLLARİ BƏRBADDİR

Hadı Rəcəbova 2019-02-24 21:11:48

Görəsən Hadı Rəcəbov özünü keyfiyyətli, millətə yaraşan şəxs sayırmı?Ancaq əməlləri bunun əksini sübut etdiyi göz qabağındadır. Bir də ki, əmlakları mənimsəib yaxınlarının adına qeyd etdirmək onu məsuliyyətdən qurtarmır.Axı həmin adamların o obyektləri almağa heç vaxt vəsaiti çatmaz və hətta indiki şəraitdə onlara bu obyektləri heç kim verməz! Boş bəhanələrlə kimləri akdada bilərsiniz?

Elşad 2019-02-24 21:11:48

Ay hadı, minimumun 50 man qalxmasının 180 manatdan artıq maaş alanlara nə dəxli var? sən özün də bilmirsən nə danışırsan. ayıbdır vallah. sən nə qədər Allahsız,..adamsan. insan nə qədər yalan danışıb camaatı qıcıqlandırar.sən niyə özünü söydürürsən. Bəəəəəsssssddddiii.

G M 2019-02-24 21:11:48

bu Deputat adlı oliqarx hələ də anlamır ki Kampüter əsridit.Gizlinləri xalqa dolayısıyla sırımaq olmaz.Seçicisi olmasa da siyahısında adı olan seçicidən ehtiyatlı olmaq gərəkdir.Haqsızlığın elə həddi var ki,o anda insan qorxu deyilən şeyi unudub qisasçılıq yoluna düşür.O zaman hadıkimlərin varidatı,oğurlayıb toplaıqları bir andaca əlindən alınır.Və heç kim deyə bilməz ki ,bu həyatı hadı mallım yaşamayacaq.

Edalet 2019-02-24 21:11:48

hadi ele bilir ki,o hamidan agillidi...

фирудин 2019-02-24 21:11:48

bu adam tam olaraq məsuliyyəti unudub.

Mirzə AĞ 2019-02-24 21:11:48

Hadı Rəçəbli millət vəkili deyil, Azərbayçan parlamentinin deputatıdır...

sual 2019-02-24 21:11:48

Hadının sözündə bir həqiqət var. O da -Lənkəran çamatı bina gülür-. Əla hadı tam mənada doğrü söylərsin ya.Bu gülüş sana deyilmi? Ya mana?

Son yazılar