Almaniya Gürcüstana 10 milyon avro yardım ayırıb

Almaniya hökuməti məcburi köçkünlərə yardım məqsədilə Gürcüstana 10 milyon avro ayırıb.

ONA xəbər verir ki, bu barədə “Georgia Today” saytı məlumat yayıb.

Məlumata əsasən, Almaniyanın dövlət bankı KfW tərəfindən ayrılan pul Gürcüstanda məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəlmiş çoxsaylı layihələrə xərclənəcək.

KfW tərəfindən edilən maliyyə yardımı həmçinin 24 infrastruktur layihəsinin reallaşdırılmasına, 8 yeni bağça və 2 məktəbəqədər müəssisənin yaradılmasına yönəldiləcək. Məcburi köçkünlərin kiçik və orta ölçülü biznesini qurması isə üçün qrantlar ayrılacaq. Bundan əlavə, məcburi köçkün statusu olan gənclər üçün təhsil mərkəzləri yaradılacaq.

Üç illik layihənin yerinə yetirilməsinə Danimarka Qaçqın Şurası nəzarət edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar