"Bu qurum səlahiyyəti götürüb, məsuliyyəti unudub” - Deputat BNA-nı tənqid etdi

“Bir müddət öncə Bakı şəhərində avtobus dayanacaqlarına və piyada zolaqlarına Bakı şəhəri İcra hakimiyyətinin müvafiq qurumları nəzarət edirdi. Günaşırı şüşə materialdan yüngül konstruksiya ilə quraşdırılmış dayanacaqları yuyub təmizləyirdilər. Piyada zolaqları görünməz durumda olduqda isə, yenidən ağardırdılar ki, qəza risqi minimuma ensin”.

“Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa bildirib.

Deputat deyir ki, bir müddət öncə bu iki sahəyə nəzarət Bakı Nəqliyyat Agentliyinin səlahiyyətinə verilib.

İndi isə deputat diqqət yetirirdiyi piyada zolaqları tamamilə görünməz durumda olduğunu, avtobus dayacaqlarının isə xeyli müddətdir yuyulub-təmizlənmədiyini bildirib: “Belə anlaşılır ki, bu qurum da son vaxtlar yaranan bəzi qurumlar kimi səlahiyyəti götürüb, ancaq məsuliyyəti götürməyi unudub. Məsuliyyəti xatırlatmaq səlahiyyəti mənə aid olmasa da, düşündüm ki, dayanacaqlar çirkab içində qalmasına bir neçə ay da vətəndaşımız göz yuma bilər, lakin piyada zolaqlarının ağardılmaması insan həyatı üçün birbaşa təhlükə yaratdığına görə xatırladım”.

635x100

Şərhlər

sual 2019-02-24 23:16:46

BNA Ziyanın yox qərdeş göylərlə gedir dyim məni qınamayın. Parkokalardan yığılan pılın 30 faizi belə göstərilmir o da qala işcilərin qanunu sənədləşdirilməsi. ... Varmı ya yoxsa adı var?

t.ədalət 2019-02-24 23:16:46

BNA Ziya Məmmədovun yolu ilə gedir.Əz,dağıt,ancaq pul gətir!Suriyadakı ..... kimi harda gəldi avtomobilləri cərimə atəşinə tutyur.Amma avtomobil sahiblərinin dayanma-durma haqqını tanımadan!

Son yazılar