"Liverpul" "Mançester Yunayted"lə heç-heçə edərək liderliyə yüksəlib

İngiltərə Premyer Liqasında XXVII turun mərkəzi görüşü "Mançester Yunayted" və "Liverpul" komandaları arasında keçirilib.

"Report"un məlumatına görə, "Old Trafford" stadionunda təşkil olunmuş qarşılaşma qolsuz yekunlaşıb.

Gərgin keçən oyunda 4 futbolçu zədələnib. Meydan sahiblərinin baş məşqçisi Ole-Qunnar Sulşer hələ ilk yarıda 3 məcburi dəyişikliyə əl atıb. Meydanı Ander Errera, Xuan Mata və Cessi Linqard tərk edib. "Liverpul"dan isə birinci hissədə Roberto Firmino əvəzlənib.

Bu nəticədən sonra xallarını 66-ya çatdıran "Liverpul" birinci pilləyə yüksəlib. "Mançester Yunayted" isə 52 xalla 5-ci pillədə qalıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar