Gəncədə piyadanı avtomobil vurub

Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə Şah İsmayıl Xatai prospektində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən 1983-cü il təvəllüdlü Pirvediyev Məmməd Çingiz oğlunu "VAZ-2107" markalı avtomobil vurub. Yaralı elə hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Bakıda piyada avtobusun altında qalıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar