“NAXÇIVANDA GÖRÜLƏN İŞLƏR DOTASİYA HESABINADIR” - "Saxta rəqəmlərlə iş düzəlmir"

Qüdrət Həsənquliyev: “İstəmişəm naxçıvanlılar bilsin ki, Prezident Naxçıvana bütün digər rayonların hamısına ayırdığından üç dəfə çox - 300 milyon 360 min manat dotasiya ayırıb”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsini təqdim edirik:

- Qüdrət bəy, Naxçıvanla bağlı “Azpolitika” saytına verdiyiniz müsahibə artıq iki aydır mətbuatda və sosial şəbəkələrdə geniş müzakirə olunmaqdadır. Müzakirələrə hətta deputat həmkarlarınız da qatılıb Naxçıvanı vəsf edirlər. Müzakirələrdən razısınızmı?

- Müzakirələrin gedişində bəzi yerli rəsmilərin və onların öyrətdiyi adamların tərbiyəsizliyi olmasaydı hər şey çox yaxşı olardı. Deputat həmkarlarımın müzakirələrə qatılması və möqelərini etik çərçivədə ifadə etmələri yaxşı presedent yaradır, cəmiyyətdə siyasi münasibətlərin inkişafına öz töfhəsini verir. Naxçıvanı mən də vəsf edirəm, çalışıram orada elə bir biznes mühiti yaradılsın ki, Naxçıvana həm yerli, həm də xarici özəl şirkətlər investisiya qoysunlar, yeni iş yerləri açılsın, insanlar yaxşı yaşasın və oranı iş tapmaq üçün tərk etməsinlər. Naxçıvanda rəsmi Bakının ayırdığı pulla yollar çəkilib, səhiyyə obyektləri, məktəblər, inzibati binalar tikilib, abadlıq işləri görülüb. Amma istehsal və emal müəssisələri yaradılmalıdır ki, iqtisadiyyat inkişaf etsin. Yoxsa biz gözləməməliyik ki, Bakı pul versin və biz də xərcləyək.

Müzakirələrin bu qədər davam etməsi və bəzi vəzifəli şəxslərin davranışı təsdiq edir ki, Naxçıvanda həllini gözləyən problemlər var. Mənə opponentlik etmək istəyənlər mənim söylədiklərimi təkzib edə bilmirlər. Məsələn, mən kəndimiz Əbrəqunusda bağlanmış çayxanalardan, mağazalardan, uçub dağılmış kitabxanadan, klubdan, xəstəxanadan, təqaüdçülər evindən, iki şərab zavodundan, digər inzibati binalardan və s. danışmışam. Deputat seçildiyim Ordubaddakı konserv zavodu, baramaçılıq fabriki, Yaycı kəndindəki şərab zavodu dağılıb və yerlərində heç nə yaradılmayıb. Məni təkzib etməyin ən gözəl və sadə yolu təkzibedici faktların nümayiş etdirilməsidir. Yəni qardaşımın keçmiş müsahibəsini vermək, Əliməmməd Nuriyevdən yeni müsahibə almaq əvəzinə söylədiklərimi təkzib edən faktları çəkib göstərmək olardı. Naxçıvandan kənarda yaşayanları aldatmaq olar, orada yaşayanlar hər şeyi görür. Onlar isə yalnız kənd və internat məktəbin əvəzində bir yeni tikilmiş orta məktəbi, məscidi və mərasim evini çəkib göstərirlər. Hansı ki, yeni tikilmiş həmin obyektləri müsahibəmdə qeyd etmişdim.

Qardaşım 2017-ci ildə verdiyi müsahibədə deyir ki, əvvəlki dövrlə müqayisədə sosial iqtisadi inkişaf göz önundədir. Mən də görülən işləri qeyd etməklə yanaşı demişəm ki, bu hər il artan dotasiya hesabınadır. Mərasim evini kəndimizdən olan xeyirxah insanlar tikib. Məktəb və tibb məntəqəsi, kəndin qazlaşdırılması, fasiləsiz işığın verilməsi, kəndin içindən digər kəndlərə gedən yol isə Azərbaycan Prezidentinin ayırdığı və Milli Məclisin qəbul etdiyi büdcə Qanunu ilə ayrılan dotasiya ilə tikilib. Dotasiyadan əlavə Prezident özünün ehtiyat fondundan da Naxçıvana hər il milyonlarla manat vəsait ayırır. Qardaşımın dediyi, mənim də təsdiq etdiyim kimi bu vəsaitlə görülən işlər inkişafdır. Mən müsahibəmdə kiminsə imicini zədələmək barədə düşünməmişəm. Əgər mənim dediklərim həqiqət deyilsə ciddi imicə zərər vurmaz. Əksinə, mənim öz imicimə zərər vurar. Mənim dediklərim naxçıvanlıların qəlbində bir ümid yaradıb. Əvvala istəmişəm naxçıvanlılar bilsin ki, Prezident Naxçıvana bütün digər rayonların hamısına ayırdığından üç dəfə çox - 300 milyon 360 min manat dotasiya ayırıb. Bu barədə Naxçıvanda danışılmadığı üçün, ora gedən ziyalılar, dövlət adamları da bilməlidir ki, inkişaf kimin hesabınadır və real iqtisadi vəziyyət necədir. Azərbaycanda 34 şəhər və rayon dotasiya almır, hətta bəziləri yerli xərclərini ödəməklə yanaşı dövlət büdcəsinə milyonlarla manat vəsait də ödəyir. Naxçıvanda görülən işlər dotasiya hesabına edilir. Naxçıvan iqtisadiyyati yerli büdcəyə bir babat şirkətin ödədiyi qədər - cəmi 83 milyon manat vergi ödəyir və bu yerli büdcənin 21.7 %-ni təşkil edir. Bura Naxçıvan Gömrük Komitəsi vasitəsilə toplanan vəsait də daxildir. Onlar diqqəti bu əsas məqamdan yayındırmaq istədikləri üçün məcburam hər dəfə bu rəqəmləri təkrarlayam.

Mən görülən işləri qeyd etməklə yanaşı demişəm ki, Naxçıvanı dotasiyadan qurtarmaq üçün iqtisadiyyatı inkişaf etdirmək lazımdır. Bu niyə bəzi adamları bu qədər qıcıqlandırıb, başa düşə bilmirəm. Sanksiyalar altında yaşayan İran Culfasına və bizim Culfaya baxıb müqayisə aparın. Orada çoxmərtəbəli binalardan yeni bir şəhər salınıb. İğdıra baxın, azad iqtisadi zona və sərhədyanı ticarət hesabına görün onlar necə inkişaf edib. Naxçıvan MR-də neçə hündürmərtəbəli bina tikilib, istehsal və emal müəssiələrində nə qədər insan çalışır? Onlar sosial müdafiə fonduna nə qədər vəsait ödəyir? Saxta rəqəmlərlə iş düzəlməyəcək. Naxçıvanda iqtisadi azadlıqlar genişləndirilməli, idxalla əsasən bir adam məşğul olmamalıdır. Adi bir kiçik müəssiə qeydiyyatdan keçirmək üçün Nax.MR-in ali vəzifəli şəxsindən icazə almağa ehtiyac qalmamalıdır. Bakı və Naxçıvan arasındakı gömrük yoxlaması aradan qaldırılmalıdır, çünki bu dövlətçiliyimizi gözdən salır.

Amma bir şeyi əminliklə deyirəm ki, məndən incisələr də müzakirələr bəzi iddialı insanları ayıldacaq, onların insanlara münasibətini dəyişəcək, bəlkə də avantüralardan xilas edəcək və dövlətçiliyimiz bundan çox faydalanacaq.

635x100

Şərhlər

naxçıvanlı 2019-02-25 11:07:58

Göz görə-görə televiziyada yalan danışan ( 5% işsiz, analoqu olmayan inkişaf və sair) YAP-çıar saxtakar deyil? Onlardan Nxçıvanda da mövcuddur.Saxtakarların da saxta işləri olur.Onlardan Naxçıvanda da Sizlərə kifayət edəcək qədəri var.

davud - sahbuzlu 2019-02-25 11:07:58

naxcivan cammati niyameddinin dahiyane fikirlerine gore xeyli savadlandilar. onu naxcivana devet edirik ancaq xahis edirik gelende beden terbiyesi texnikumunun diolomunu da getirsin. ..

Mərdan Hüseynov 2019-02-25 11:07:58

Qüdrət Həsənquliyev: “İstəmişəm naxçıvanlılar bilsin ki, Prezident Naxçıvana bütün digər rayonların hamısına ayırdığından üç dəfə çox – 300 milyon 360 min manat dotasiya ayırıb” Guya, naxçıvanlılar bunu bilmir?! ya kosmosda, ayda yaşayırlar? zəhmət olmasa, bu linkdəki məqaləni oxuyun .. https://nuhcixan.az/news/cemiyyet/12319-anar-ibrahimov-bu-cur-muzakire-terzi-ve-siyasi-medeniyyet-90-ci-illerin-evvelerinde-qalmali-idi

Səfər Rəsulov 2019-02-25 11:07:58

7 saylı Culfa-Ordubad seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev son günlər mətbuatda yayılan müsahibələrində Naxçıvan Muxtar Respublikası ilə bağlı qeyri-obyektiv mövqe tutur, yanlışlıqlara yol verir və ona münasibət bildirənlərə isə “özlərini şirin salmaq istəyirlər” – deyir. Biz görmüşük ki, deputat öz təklif və fikirlərini MM-in komitələrində, ümumi yığıncaqlarında söyləyər, ta qəzet və saytlarda yox. Bu, birinci dəfə deyildir ki, o, öz subyektiv fikirləri ilə qarşıdurma yaradır, seçicilərinə də hörmətsizlik edir.

Naim Məmmədov 2019-02-25 11:07:58

Men istanbulda yasayiram otel isini yaxsi bildiyime gore mene meslehet gorduler ki, Qüdrət Həsənquliyevin burda otelleri coxdu, hem de Naxcivandan secilmis deptuatdi muraciet ele ise gotursunler. Gedib muraciet eledim bir qardas qebul eledi islerim barede danisdim razilasdi dedi xeber edecem gel. 2-gün sonra cagirdilar dediler ki, Qüdret m tapsırığı var artıq Naxçıvanlilari ise gotürmür. indi bundan sorusan lazimdi ki ozun is vermirsen is verenlerinde ayağina dolasirsan. Orda mulk qoydugna Nax-da is yeri ac

Məmmədhüseyn Əliyev 2019-02-25 11:07:58

Ay deptuat, ay oğul, SSRİ-vaxti ilə bizi burada yıxdı, sürüdü a bala. Gecə gündüz çalışdıq-vuruşduq arada birinin sinəsinə lazımsız bir medal asıb guya ki, işimizi qiymətləndirdi. Bizim qazancımız ilə Erməni ordusunu maliyələdirdi.Sözüm ona ki, qul kimi kimlərəsə xidmət etdik,özümüz isə yatdıq fil qulağında. Bu günkü gündə Vasif Talıbov cənablarının diqqəti və qayğısı hər kəsi əhatə edib. Bizə çayxana lazım deyil oğul, kitabxana lazımdı, məktəb lazımdı, sakinlərə diqqət və qayğı lazımdı çox şükür ki oda var

Oğuzay 2019-02-25 11:07:58

Deputatı qızışdırıb atıblar ortalığa nə gəldi danışır. İşsizlikdən, dotasiyadan dəm vurur. Əgər elə narahatsansa İstanbulda və başqa böyük şəhərlərdə açdığın müəssisələrin, qurduğun biznesin birini də Naxçıvanda qurub 5-10 adama da sən iş verərdin.iSTƏSƏN müəsisələrinin fotolarını mətbuata da çıxaraq hamı görsün. Qaldı dotasiyaya,yeri gəlsə dövlətimiz vətəndaşlarımızın qayğısına qalmağa borcludu və yüksək səviyyədə qalır da.Siz Naxçıvan üçün indiyəcən nə etmisiniz?! Yaxşı olar ki danışmayasız, batırsız...

Rasim Məmmədov 2019-02-25 11:07:58

Bir naxçıvanlı kimi Qüdrət Həsənquluyevə məsləhət görərdim ki, mənasız iddialarından və subyektiv müsahibələrindən əl çəksin. Çünki danışdıqca yanlışlıqlara yol verir və daha da uçuruma yuvarlanır. Gah Naxçıvanın muxtariyyətini düzgün hesab etmir, gah kəndlərin xarbalıq oldugunu iddia edir, gah da ki, çayxana söhbəti salır. Danışdıqları ya konstitutsiyamıza ziddir, ya da ki, qərəzli təxəyyülün məsuludur. İndi istədiyin adam deputat ola biləyib deyə nə istəsəniz danışa bilərsiz?.

Kənar adam 2019-02-25 11:07:58

Qüdrət bəy, bəlkə mustafa deyəsən. Onu deyə bilmirsənsə get bir quyuya de - İskəndərin buynuzu var.

azeri 2019-02-25 11:07:58

Ehalinin sayinin iki defeden artig shishirdilmesinden,milli terkibinden, iran,turkiye, suriya,iragdan kocurulen .... Danish,danish...

vuqar 2019-02-25 11:07:58

ay yoldaşlar bu dotasiya ölkənin abadlığına sərf olunubda,bəs necə etməli idi ki? .....,yoldaş deputat bu qədər zəhməti,haqqı,elə sizin üzərinizdə olanıda yerə vurmaq məncə doğru deyil.

Həgigət 2019-02-25 11:07:58

Gudrət bəyə eşg olsun. Axir ki Naxcivan problemlərinə kimsə marag yetirdi. Problemlər isə coxdur. Uşaglarimiz təhsil alma əvəzinə Türkiyədə calişganlig edirlər. Mən saymişam ki, təkcə Turkiyə Naxçıvan kömruyundə yigilan pul ogurlanmasa, onda hec Naxcivana dotasiya lazim deyildi. Onlar dotasiyani da ogurlayirlar. Kömruy pullari ni da. Məktəb, yol duzəltməklə gözdən pərdə asirlar. Naxcivana hec bir inkişaf yoxdur. Kəndlər boşalir getdikcə. Turkiyəyə gedən avtobuslarda yer olmur. Təzə tikilən məktəblərdə oxuyan azdir.

Oqtay 2019-02-25 11:07:58

Olmazmı bi Nxçıvanlı deputat gedib Naxçıvan Alı Sovetinə seşilsin və orada ürəyindən keçəni desin.Azərbaycanda elə bil Nacçıvandan başqa nə şəhər nə bölgə var.

ebulfez 2019-02-25 11:07:58

neynesinler ish gorurlerde.cibe qoymurlar ki.naxcivan blokadada oldugu ucun dotasiyaNI ARTIRMALIDILAR.

Azer 2019-02-25 11:07:58

Siyavuş Novruzov YAP-ın rəsmi saytında yayımlatdığı mədhiyyəsində cənab Vasif Talıbovu vəsf edərkən bildirir ki, onun uğurlu idarəçiliyi sayəsində Naxçıvan öz intibah dövrünü yaşayır. Sual olunur hansı vəsaitin hesabına ?. Cavabı məlumdur: DOTASİYA....

EJDER 2019-02-25 11:07:58

QUDRAT MALLIM BUTUN AZERBAYCAN TA OZAMANDAN YALANLA IDARE OLUNUR.SAXTA REQEMLERLE,RAPORTLARLA,KECICI BAYRAQLARLA,YALTAQLIQLA VE S.HEREKETLERLE OZUMUZ OZUMUZU ALLADIRIQ.TORPAQLARDA GEDIR...BIZ ISE GUYA LAZIMI GOZLEYIRIK KI,HUCUM EDIB IREVANI ALAQ.EH ,BOYUK DERDI.EHALI ZIBILLIKDE EWELENIR,SIZSE NAQIL DANIWIRSINIZ

Oxucu 2019-02-25 11:07:58

.....en yaxin qohumlarindan biri oldugunu bilmeyir ya da naxcivanin tek ve mutleq hakimiyyetinin vasifde olmadigini Goren bu oz agli ile bunlari deyir ya kimse qizisdirir bunu ...

Millikişi 2019-02-25 11:07:58

«.., idxalla əsasən bir adam məşğul olmamalıdır. Adi bir kiçik müəssisə qeydiyyatdan keçirmək üçün Nax.MR-in ali vəzifəli şəxsindən icazə almağa ehtiyac qalmamalıdır. Bakı və Naxçıvan arasındakı gömrük yoxlaması aradan qaldırılmalıdır» Naxçıvan kimi bir dilbər guşəmizdə idarəetmənin eybəcərlikləri barədə müəyyən məlumatlarımız var idi, belə anormallıqdan isə tamamən xəbərsiz idik. Deməli, Nax.MR yox, Nax.MMC imiş. Qüdrət müəllim, Siz, necə də qurdürəklisiniz. Amandı, özünüzü qoruyun!

yengibar 2019-02-25 11:07:58

İnsan ömrü o qədər uzun olmur ki, üzərində sonsuz təcrübələr aparılsın, sınaqlara çəkilsin.İnsanlara rəhminiz gəlsin.Həyat ağırlığından bu gün özünə ölüm diləyən insanlar var, hansı ki, sabah il dönümünü qeyd edəcəyimiz Xocalı qətliamından sağ qalmışdı.Qaçqın düşəndə Arazda boğulmayanları indi yaşamaq dərdi boğur.Bu Allaha da xoş getməz.

serurlu 2019-02-25 11:07:58

ehsen qudret beye-vasif talibovla tarana gedir

analitik 2019-02-25 11:07:58

Naxçıvanda mövcud olan bu cür halların da günahı Əli Kərimlidir...

Ayzek 2019-02-25 11:07:58

Necə olur ki Saxta deputatlarla iş düzəlir, amma Saxta rəqəmlərlə düzəlmir?

Son yazılar