"SEÇKİLƏR BEYNƏLXALQ STANDARTLARDAN ÇOX UZAQ OLUB"- ABŞ-dan daha bir sərt BƏYANAT

“Biz ATƏT DTİHB-in rəyini qətiyyətlə dəstəkləyirik”

ABŞ oktyabrın 17-də Azərbaycandakı president seçkiləri ilə bağlı mövqeyini təkrar edərək Əliyev hakimiyətini baş vermiş bütün qanun pozuntularını şəffaf və etibarlı şəkildə araşdırmağa, ATƏT DTİHB-in tövsiyələrini yerinə yetirməyə çağırıb.

Bu barədə "Turan"-nın məlumatına görə,ABŞ-ın ATƏT-dəki səfiri Daniel Baerin qurumun Vyanada yerləşən Daimi Şurasına göndərdiyi bəyanatda deyilir: “Biz Azərbaycan hökumətini ATƏT qarşısında götürdüyü sərbəst toplaşma, birləşmə və ifadə azadlığı kimi öhdəliklərinə hörmət etməyə çağırırıq.

Seçkidən sonrakı dövrdə təmkin göstərmək və zorakılıqdan çəkinməyin vacibliyini xüsusi vurğulayırıq.

Biz Azərbaycan xalqını dəstəkləməyə və Azərbaycan hökuməti ilə ölkəni beynəlxalq aləmin stabil, çiçəklənən və demokratik üzvünə çevirmək üçün işləməyə hazırıq.

ABŞ ATƏT DTİHB-in missiyasına 2 uzunmüddətli və 25 qısamüddətli müşahidəçilər göndərmişik və müşahidə missiyasının seçkinin nəticələrilə bağlı 10 oktyabr tarixli bəyanatını qətiyyətlə dəstəkləyirik.

ABŞ təəssüflə bildirir ki, seçkilər beynəlxalq standartlardan və Azərbaycanın ATƏT qarşısındakı öhdəliklərindən çox uzaq olub.

ABŞ-ın ATƏT-dəki missiyası ATƏT üzvü olan bəzi ölkələrin seçkilərdə ATƏT-in rolunu şübhə altına alan fikirlərindən dərin narahatlıq hissi keçirdiyini bildirir".

ATƏT üzvü olan dövlətlərin seçkilərdə ATƏT/DTİHB-nin tövsiyyələrini dəstəkləyəcəkləri barədə 1999-cu il İstambul sammitində dəqiq öhdəliklər götürmələri qeyd olunur.

İştirakçı dövlətlər ATƏT önündəki öhdəliklərinə uyğun azad və ədalətli seçkilər keçirmək öhdəliyi götürürlər.

Bu məsələ ilə bağlı 1990-cı ildə qəbil edilən Kopenhagen sənədində deyilir:

“Biz qəbul edirik ki, DTİHB iştirakçı-dövlətlərə seçki qanunvericiliyinin işlənməsi və icrası ilə bağlı iştirakçı-dövlətlərə yardım edə bilər.

Bu öhdəliklərə uyğun olaraq seçkilər zamanı DTİHB, ATƏT Parlament Assambleyası və seçkiləri müşahidə etmək üçün dəvət olunurlar.Biz DTİHB-nin seçkilərin kçeirilməsinə dair rəy və tövsiyyələrinə gecikmədən reaksiya verməklə də razılaşırıq”deyə sənəddə qeyd edilir.

“Narahatlıq doğuran budur ki, Azərbaycanın ATƏT qarşısında öz öhdəliklərə və demokratik stnadartlara cavab verə bilməsi üçün üzə çıxan problemləri həll etmək əvəzinə DTİHB-nin seçkilərlə bağlı rəyini rədd edirlər”deyə sonda qeyd olunur”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar