" Gürcüstanın Rusiya ilə yaxınlaşma ehtimalı məni narahat edir" - Con Makkeyn

Amerikalı senator Con Makkeyn Gürcüstan hakimiyyətindən narazılığını dilə gətirib.

Makkeyn “Amerikanın səsi” radiosuna müsahibəsində rəsmi Tiflisin Ukrayna hadisələri ilə əlaqədar Moskvaya qarşı sərt mövqe nümayiş etdirməməsindən narahat olduğunu bildirib.

Məni Gürcüstanın Rusiya ilə yaxınlaşma ehtimalı narahat edir. Hökumət Rusiyanın Şərqi Ukraynadakı hərəkətlərini pisləmədi. Bu mənim üçün qəbuledilməzdir”, - Makkeyn qeyd edib.

Senator rəsmi Tiflisin bu davranışının ABŞ-Gürcüstan münasibətlərinə təsir edəcəyini dilə gətirib.

Makkeyn Ukraynadakı prosesləri Amerika xarici siyasətinin məğlubiyyəti olduğunu vurğulayıb.

“Biz iki il sonra Ukrayna və Avropaya ABŞ enerji resurslarının ixracını təmin edəcək və Rusiya enerjisindən Avropanın asılılığını azaldacaq plan hazırlamalıyıq. Biz həmçinin Vladimir Putini lazımı şəkildə qiymətləndirməliyik. O, əslində kimdir? Rusiya imperiyasını bərpa etməyi arzulayan Dövlət Təhlükəsizlik Komitəsinin polkovniki. Fəxr edirəm ki, Putin mənə qarşı sanksiyaları qəbul edib”, - Makkeyn bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar