Qazaxıstan pullarının üstündən rus sözləri götürüləcək - Nazarbayev sənəd imzalayıb

Qazaxıstan valyutasının yeni dizaynı barədə konsepsiya pulların üzərində yazının yanız qazax dilində olmasını nəzərdə tutur.

«AzPolitika.info» Qazaxıstan KİV-ə istinadla xəbər verir ki, ölkə prezidenti Nursultan Nazarbayev bu barədə uyğun sənəd imzalayıb.

Fərmanda deyilir: «Əskinas və sikkələrin dizaynı zamanı yazının mətni dövlət dilində həkk olunur. Bu zaman, investisiya və kolleksiya sikkələrinin hazırlanmasında digər dillərdə yazıdan da istifadəyə yol verilir».

Hazırda tengenin hazırlanmasında həm qazax, həm də rus dilində yazıdan istifadə olunur.

635x100

Şərhlər

t.ədalət 2019-02-25 17:17:34

Bizdə isə rus dilinə qucaq açırlar.Ruslar bu qədər bizə qarşı genosid həyata keçirsələr də biz ayılmırıq...

Son yazılar