ABŞ Konqresi sərhəddə divar tikməyi Trampa yasaqlamaq niyyətindədir

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, «Meksika divarı»nın tikintisini yasaqlayan Qətnamə layihəsi baxılmaq üçün Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresinin nümayəndələr palatasına təqdim olunub.

Beləliklə, demokratların nümayəndələri prezident Donald Trampın əl-qolunu bağlamaq istəyirlər. Məlumdur ki, bu günlərdə Tramp «Meksika divarı»nın tikintisi üçün Konqresin razılığı olmadan maliyyə vəsaiti ayırmaq məqsədilə ölkədə fövqəladə vəziyyət elan edib.

Qeyd olunur ki, hətta Senat və nümayəndələr Palatası təsdiqləsə belə, Tramp qətnaməyə veto qoya bilər.

Xatırladaq ki, bu qərarına görə, ABŞ-n 16 ştatı Trampı məhkəməyə verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar