Sabah Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

Sabah - fevralın 26-da Azərbaycan ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

“Report” xəbər verir ki, Bakı vaxtilə saat 17:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılacaq, avtomobillər siqnal, gəmilər, metro və yerüstü qatarlar fit verəcəklər.

Eyni zamanda Bakıda, digər şəhər və rayonlarda, qəsəbələrdə, kəndlərdə, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində dövlət bayraqları endiriləcək.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum ediblər. Şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.

Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb.

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2019-02-25 20:27:56

27 idir, təkirarladığım və heç bir zaman hafizəmdən silinməyən tarix. 26 fevral 1992 –ci il.. Bəli 27 ildir yalnızca xatırlanan, lakin hələ də qisası alınmayan Xocalının qətlam günü, bir elin şəhid günüdür bu tarix..Həm də millətimin alnına namus ləkəsinin hopdurulduğu tarixdir bu tarix. Həmin tarixdə Gəncədə yaşayırdım. Xəbəri eşidən günün səhəri, yəni fevralın 27-də hamımız təlaş içərisində iş yerinə toplaşmışdıq. Vəziyyətdən hali deyildik. Bir onu bilirdik ki, ötən gecə Xocalıda qətlam olub. Bu nədən də işçisi olduğum keçmiş Cihazqayırma zavodunun rəhbərliyi qərara gəldi ki, təcili vəsait toplanılsın və Xocalılara yardım üçün, təcili Ağdama nümayəndə göndərilsin. Dərhal işə başlanıldı. Həmin gün hər birində iki yüz manat olmaqla, iki yüz paket hazırlandı. Mən və Vəliyev soy adılı bir iş yoldaşımla, bu yardımı Xocalılara götürmək üçün Ağdama yola düşdük. Yol boyu hey fikirləşirdim ki, ilahi bu ne kader, bu nə zillət. Nədir millətimin günahı ilahi. Bu üzücü fikirlərlə nəhayyət ki biz Ağdama çatdıq. Şəhərin girəcəyində insanların sakitcə, həmişəki kimi dükan-bazarda çalışdığını gördüm. Hətda bəzi dükanlardan mahnı səsləri də gəlirdi. Eşitdiklərimizlə bu insanların arxayınçılığı uyğun gəlmirdi. Bu düşüncələrlə biz Ağdamın şəhər mərkəzində olan məscidə yollandıq. Biz məscidə yetişəndə elə bir mənzərə ilə qarşılaşdıq ki, dilə gətirilməsi belə zor., Qətlamdan sağ qalanlar (əgər onlara da sağ demək mümkün idisə) və meyidlər məscidə daşınırdı. Sank yerdə, göydə qan ağlayırdı.Mənzərə o qədər dəhşətli idi ki, nitqimiz tutulmuşdu. Sadəcə gözlərimizdən yaş axırdı. Şaxsim 1988-ci ildə Ermənistandan didərgin düşsəm də, o illərdə belə bir vəhşət və kədərin şahidi olmamışdım, ta ki ən dəyərli varlığımı kayb edənə kimi.. Meyidlər gəlirdi, körpələr gəlirdi, al qan içində, cismləri param-parça. Kişi gəlirdi, xınalı gəlini və 5 qızı düşmən əlində. Kişi gəlirdi ailəsindən və körpələrindən xəbərsiz. Gəlirdilər "oynaya-oynaya", sanki çıldırmışlar kimi. Belə bir anda, nitqimiz açılsa idi də, düşünürəm nə deyə .bilərdik bu faciəni yaşayanlara. Siz deyin,o anda elə bir kəlmə tapılardımı, onları ovutmağa. Xeyir! Yalnız içimdə nəhlətlər yağdırırdım Azərbaycanın o zamanki manqurt rəhbərlərinə. Nəhləttlər yağdırdım millətin biz kişilərinə. Budurmu dədələrdən qalan əhdə sədaqət, kişiliyə qeyrətə vəfa. Bu gündən başında papaq yerinə, ləçək qoysun gərək papaq qoyan Azərbaycan kişiləri. O anda yadıma həm də Kərbalayı düşdü. Ürəyimdə dedim, namusda getdi Kərbalayı, kişisən indi od tutub yanmasın məzarında sümüklərin. Düşürdük papağını da o məğrur gövdəndəki, başdan Kərbalayı. Bu düşüncələrlə, apardığımız yardımı şəhidlərin ayaqları ucuna səpib, qəlbimizdə kədər, gözlərimizdə yaş, tərk etdik Ağdamı. Bu gün 27 il ötdü o mənfu-qanlı tarixdən. Vətən əsarətdə, namus ləkəsi isə hayla alnlarımızda. Yalnız rəhmət dilərəm o qanlı gecənin şəhidlərinə. Dilim varmazki də deyim, şad olsun ruhlarınız da. Çünki, ruhlarınızın şad olması üçün, heç nə yapmadıq hələ.

Son yazılar