Azərbaycan sevdalı türk iş adamı Hakan Aksu – 55

Azərbaycan sevdalısı, soydaşımız, türk iş adamı Hakan Aksu 55 yaşına vardı. Hakan Aksu illərdir apardığımız müqəddəs Azərbaycan savaşının gizli və haqqı verilməyən qəhrəmanlarındandır. Onun kimiləri fədakarlıq edər, iş görər, proses aparar, lakin reklam və əvəz gözləməz, qarşılıq almağı ağlının ucundan belə keçirtməz.

Lakin bəzən yolayrıclarında dayanıb, Hakan bəy və onun kimi fədakar qardaşlarımıza tarix və ədalət baxımından bir –iki xoş söz söyləməmiz lazım. Bu gün həmin günlərdən biridir.

Qəzetimizi və bizim çevrəni bilən bir çox dostlar Hakan bəyi də bilirlər. Bilənlərin hamısının adından bu dəyərli türk övladının doğum gününü ürəkdən qutlayırıq. Ona can sağlığı və Azərbaycan savaşının gözəl nəticələrini görməyi arzulayırıq.

Onun doğum gününə həsr olunan qeydləri isə özünün mənə yolladığı mesajla tamamlayıram: “Hocalı, Elçibey'in "sen Türk olduğunu unutsan da düşmanın asla unutmaz" sözünün doğruluğunu gösteren bir soykırımdır. Şehit kanlarıyla sınırları çizilen o topraklar bugün, Azerbaycan Türklüğü için, Kızılelma yürüyüşünün ilk adımı ve balalara "Türklüğünü asla unutma çünkü düşmanın unutmaz" şuurunu vermenin bir örneği olmalıdır! Ey Türk oğlu; unutma ve unutturma!”

Bəli, Hakan Aksu özünün yubiley günündə də Azərbaycanı, Xocalını və davamızı düşünür, dostlara mesajlarını belə bu davaya həsr edir...

Dostlar adından Rauf Arifoğlu

(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar