RAMİL USUBOV BİR RƏİSİ İŞDƏN ÇIXARDI -  Digərlərini isə...

Bakının Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi işdən çıxarılıb. Axar.az xəbər verir ki, bunla bağlı Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Cəmşid Hənifəyev tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.

Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsini polis kapitanı Ramiz Rzayev icra edir.

Daxili işlər orqanlarında yeni təyinatlar da olub. Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, Ağcabədi rayon Polis Şöbəsinin rəisi Məhəmməd İbrahimov tutduğu vəzifədən azad edilərək Şabran rayon Polis Şöbəsinin rəisi, Zəngilan rayon Polis Şöbəsinin rəisi Ənvər Həsənov tutduğu vəzifədən azad edilərək Ağcabədi rayon Polis Şöbəsinin rəisi vəzifələrinə təyin ediliblər.

Şabran rayon Polis Şöbəsinin rəisi Əli Mərdanov isə təqaüdə göndərilib.

Qeyd edək ki, Ə. Mərdanov sabiq təhsil naziri Misir Mərdanovun qardaşıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar