Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediləcək – Müsavat da mitinq keçirmək istəyir

Dərc olunub: 25/02/2019 - 21:22

musavat-novxani-768x459Müsavat Partiyası martın 10-da “Siyasi məhbuslara azadlıq!”, “Sərbəst toplaşma azadlığı təmin edilsin!”, “Aztəminatlı əhalinin kredit borcları dövlət tərəfindən ödənilsin!” və digər tələblərlə Süleyman Sani Axundov küçəsindən başlamaqla, “Dərnəgül” metrostansiyası yaxınlığındakı meydana qədər yürüş, sonda mitinq keçirilməsi ilə bağlı qərar qəbul edib.

Müsavat Partiyasının fevralın 25-də keçirilən divanı ölkədə sərbəst toplaşmaq azadlığı haqqında qanuna əməl olunmamasını, məhdud icazəli toplaşma imkanlarının aradan qaldırılmasını pisləyib.

Partiya yürüş-mitinq keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərəcək.

Məlumatı Müsavat Partiyasının mətbuat xidməti yayıb.








loading...


Fikrinizi bildirin