Berlində “Xocalıya ədalət!” aksiyası

Berlində Azərbaycanlılarının Koordinasiya Şurasının təşkilatçılığı ilə etiraz aksiyası keçirilib. AzərTAc xəbər verir ki, Brandenburq qapıları qarşısında keçirilən aksiya iştirakçıları erməni silahlı dəstələri tərəfindən bəşəriyyətə qarşı törədilmiş cinayət - Xocalı soyqırımı və 1949-cu il Cenevrə Konvensiyasının Ermənistan tərəfindən pozulması haqqında məlumatı alman ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə şəhər sakinlərinə sənədli dəlillər – qəddarcasına güllələnmiş uşaqların, qadınların və qocaların fotoşəkillərini təqdim ediblər.

Aksiyada çıxış edənlər 27 il bundan əvvəl baş vermiş faciə, Ermənistanın Azərbaycana qarşı təcavüzü, ölkəmizin ərazisinin 20 faizinin işğal edilməsi, habelə doğma yurdlarından didərgin düşmüş bir milyon qaçqın və məcburi köçkün haqqında məlumat veriblər. İştirakçılar “Xocalıya ədalət!”, “Günahsız körpələri öldürməyin!”, “Erməni yalanlarına dur de!”, “İşğalı dayandır!”, “Dilqəmə və Şahbaza azadlıq!” və digər şüarlarla dünya ictimaiyyətinə çağırış ediblər.

Aksiya fəalları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın təcavüzkar siyasətinin mahiyyəti haqqında informasiyanın əks olunduğu bukletləri şəhər sakinləri arasında paylayıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar