«Rusiya sülh tərəfdarıdır, amma ordunu inkişaf etdirəcək» - Putin

Vladimir Putin «Vətənin müdafiəçisi günü»nə həsr olunmuş gecədə bəyan edib ki, Rusiya sülhsevər dövlətdir və dunyada sabitliyin möhkəmləndirilməsinə istiqamətlənmiş məsuliyyətli xarici siyasət yürüdür. Ancaq ölkə özünün müdafiə potensialını möhkəmləndirəcək və ordunu inkişaf etdirəcək. Bu barədə xəbəri Kremlin mətbuat xidməti yayıb.

Putinin sözlərinə görə, Moskvada yaxşı anlayırlar ki, müasir dünya  mürəkkəb və ziddiyyətlidir. Xeyli sayda münaqişə və təhdidlər var. Məhz buna görə də hakimiyyət üçün rusiyalıların təhlükəsizliyinin təmin olunması prioritet təşkil edir.

Prezident qeyd edib ki, son illər döyüş qabiliyyəti rusiyalı hərbçilərin fəaliyyətində dürüstlük əhəmiyyətli dərəcədə artıb. Bu, həm təlimlərdə, həm də Suriyadakı əməliyyatlarda özünü təsdiqləyir.

Dövlət başçısının sözlərinə görə, diqqət ilk olaraq ordunun ən yeni silahlarla təchiz olunmasına yönəldilir.

635x100

Şərhlər

t.ədalət 2019-02-25 22:16:29

Rusiya heç vaxt sülh tərəfdarı olmayıb.Dünyada gedən müharibələrin başlıca səbəbi Rusiyadır.Yaxın Şərqdəki müharibənin də törədicisi Rusiyadır.Dağlıq Qarabağ,Bessarabiya,Kırım,Gürcüstan və b.bölgələri işğal altına alan bir ölkə utanmadan özünü sülh tərəfdarı kimi təqdim edir.

Son yazılar