XOCALI SOYQIRIMI: TÜRK DÜNYASINA QARŞI SİYASİ QƏTLİAM... - Sülhün yeganə yolu döyüşməkdir!!!

RUŞANZADƏ  RUŞAN

Siyasi elmlər üzrə fəlsəfə doktoru. AMEA-nın Fəlsəfə İnstitutunun “Sosiologiya” şöbəsinin böyük elmi işçisi,

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Xocalı soyqırımı yalnız bir şəhər əhalisinin kütləvi surətdə təcavüzə və qırğına məruz qalması deyil, bir etnosu əsrlərlə nifrət və xəyanətə köklənmiş bir ideologiyanın bir millətə, Türkə qarşı olan qərəzli münasibətinin təzahürüdür. Başqa sözlə, Xocalıdakı soyqırım aktına maddi-fiziki olaraq odlu-zirehli silahlar işlədilmişdisə, mənəvi-psixoloji olaraq “ermənilik” ideologiyasi işlədilmişdir. Əks təqdirdə, erməni vandalizmi kimi tarixdə analoqu olmayan belə bir bir hadisə baş verməzdi...

Dünyada “erməni” adlı etnos yoxdur. Lakin əslən  hind köçəri tayfalarına mənsub, zaman-zaman Vətən axtarışında olan, (K.Markısın vurğuladığı kimi) “qadınlarını maraqlarına əşya edən”, bizim erməni kimi tanıdığımız, oğru, satqın və təcavüzkar, özlərini “hay” adlandıran, etnos var.

“Ermənilik” isə hayları öz manipulyasiyasına alan, siyasi kart kimi istifadə edən imperiyanın düzəltdiyi hadisədir. “Ermənilik” ideyasının həm yaranışı, patogen ideologiya olaraq, erməni kütləsini buna yoluxdurmsı, həm də bu ideologiyanın mütəmadi olaraq şüurlara hopdurmaq və davamlı surətdə təbliğinin, elmi, ictimai-siyasi sferada  erməni nümayəndələrin (təbliğatçıların, kotolizatorların) formalaşması üçün I Pyotrdan etibarən Rusya imperiyası, sonralar Sovet Rusyası, hazırda isə Putin Rusyası tərəfindən birbaşa xüsusi fəaliyyət aparılmışdır, indi də aparılır. Başqa sözlə, Rusya ənənəvi olaraq erməniliyin “carçı”larını doğmuş və bəsləmişdir. Bu fikrimi əsaslandırmaq üçün 10.02.2016-cı ildə erməni diaspora təşkilatlarının dəstəyi ilə cəllad, bütölükdə Qarabağ hadisələrində, xüsusən də Xocalı faciəsində türk körpələrinin qatili kimi “məhşurlaşan” cani Zor Balayanın səkkiz cildlik kitabının Rusyada dövlət səviyyəsində nəşr edilməsi və Rusyanın görkəmli nümayəndələrinin iştirakı ilə təntənəli təqdimatının keçirilməsini qeyd edə bilərəm. Bu, yuxarıda deyilənlərin əyani sübutudur.

“Ermənilik” idiologiyası nədir? Buna cavab üçün K.Rusinyanın “Ermənistan”- bu, sadəcə, ölkə deyil, ən azı sivilizasiyadır” xülyasını, yaxud, Q.Matevosiyanın erməniliyin atributu kimi qəbul edilən xülyalarına nəzər salaq: “Vətən Allahdan  vacibdir. Vətəndən vacibi kilisə, kilisədən vacibi Böyük Tiqran, Böyük Tiqrandan vacibi isə Böyük Ermənistandır”. Bu idiologiya təkcə qərbi Azərbaycanda, qədim İravan ərazilərində olan türk torpaqları ilə məhdudlaşmır. Belə ki, erməni quldurluğunun etnokorparasiya idioloqlarından  olan Sergey Vardanyana görə, İravandan savayı Türkiyə, Azərbaycan şəhərləri başda olmaqla Tiflis, Kiyev, Yerusəlim, Soçi, habelə, Aropada Almaniyanın Bavariya torpaqları və Macarıstan da daxil olmaqla erməniliyin 22 paytaxtı var.

Bununla belə, “Ermənistan paytaxtları” kitabının müəllifi bir dəfə müsahibə verərkən jurnalistin “Görəsən, nə üçün belə az ?” sualına cavab olaraq iblisliklə “ah çəkir” və “Ermənistanın bütün 22 paytaxtı haqqında yazmağa bir ömür bəs etmədiyini” “kədərlə” söyləyir.

Yeri gəlmişkən, qeyd edilməlidir ki, bu kitab daima erməniliyi dəstəkləyən Vatikanın kitabxanasında yuxarı sıralarda saxlanılır...  Əgər həmin kitab Vatikan kitabxanasında belə “nifuz”a malikdirsə, və hazırkı vəziyyətdə üzdə demokratiyadan, humanizmdən dəm vuran, arxada isə terror maşını olan işğalçı, erməniliyi qidalandıran, dəstəkləyən xristian müttəfiqliyinin hansı məqsədlərdə olduğu buradan aydın görünür. Deməli,  nəticə alınır ki, Azərbaycan ərazisində və müsəlman dövlətləri (Türkiyə ilə Cənub Azərbaycanla Şimal Azərbaycan) arasına yerləşdirilmiş ermənilik, xristian müttəfiqliyinin gio-siyasi maraqları, xüsusən, Qafqazda xristianlığın idioloji, maddi, coğrafi bazasının möhkəmləndirilməsi  üçün xüsusi əhəmiyyətə malikdir.

Məhz hazırda xristian birliklərinin QARABAĞ FACİƏSİ, XOCALI SOYQIRIMI həqiqətlərinə münasibətdə tutduqları mövqe riyakarlıqla ikiliyə əsaslanır və bu iki tərəflilikdə Azərbaycana olan  formal və nəticəsiz münasibət çoxminillik yurdundan, ata-baba torpağından vəhşicəsinə təcavüzlə və zorla qovumuş, qaçqın, köçkün, soyqrma məruz qalan, kütləvi qırılan Azəri-türkü-nün haqqına ürək yanğısı deyil, enerji siyasətinin təhlükəsizliyin təmin edilməsi üçün göstərilən münasibətlərdir.  Yəni, əgər Azərbaycan enerji resurslarına malik olmasaydı heç şübhəsiz ki, xristian birlikləri üçün əhəmiyyət kəsb etməzdi və arxalı erməniliyin işğalçılığı müqabilində ikitərəflilik yox,  birmənalı olaraq -işğalıalqışlama  münasibəti- nümayiş etdirərdilər.

Fikrimi əsaslandırmaq üçün vurğulayım ki, (Rusyanın Gürcüstanın ərazi bütövlüyünü pozduğu zaman 09.09.2008- ci ildə Fransa prezidenti N.Sarkozinin təcili olaraq Tiflisə gəlməsi, həmçinin Ukrayna hadisələrində Krımın işğalına rəğmən ABŞ-ın və Avropanın Rusyaya göstərdiyi təziqlər, sanksyalar yuxarıda qeyd etdiymiz xristianlıq amilinin bariz nümunələridir). Halbu ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü pozanda, Qarabağ faciələri yaradanda, Xocalı soyqırımı törədəndə xiristian dövlətləri müşahidəçi mövqeyində idi. Hətta 2015-ilin Aprel döyüşlərində Azərbaycanın haqq işinə qarşı çıxaraq başda BMT-nin baş katibi olmaqla bütün xristian dövlət başçıları Azərbaycanı dayanmağa çağırdı (məcbur etdi)... Yəqin aydındır nə demək istəyirəm.

“Erməniliyin" Dənizdən-dənizə Ermənistan" planınına toxunan Ö.F.Nemanzadə hələ 1905-ci ildə "İrşad" qəzetində yazırdı: "Ermənilər öz planlarını həyata keçirmək üçün bizi İrəvandan, Qarabağdan və Qarsdan qovmağa çalışacaqlar. Biz bilməliyik ki, ermənilər bu yolda hər bir alçaqlığa əl ata bilərlər. Onlar qəsdən müsəlmanları öz üzərlərinə qaldıracaq, onların hücumuna və özlərinin müəyyən itkisinə şərait yaradacaq və beləliklə bütün Avropanın diqqətini “əzabkeş bir xalq” olmalarına cəlb edəcəklər. Onlar öz cinayətləri üçün tədricən planlar hazırlayır və onu həyata keçirməyə yollar axtarırlar"... Çox təəssüf ki, bu tarixi fikir öz əksini göstərdi.

“Ermənilik” heç şübhəsiz ki, daima kilisədə təşkilatlanıb və kilisədən kordinasiya edilib. Bu ideologiyanın strateji hazırlığı və taktiki təhcizatı baxımdan kilisə əvəzedilməz qərərgahdır. Ona görə də haylar hələ XIX-XX əsrlərdə Gürcüstan ərazilsindəki kilisələri belə ən hiyləgər vasitələrlə işğal etməyə çalışıblar. Bununla bağlı görkəmli gürcü yazıçısı və maarifçisi İ.Q.Çavçavadze 1902-ci ildə yazdığı “Bağıran daşlar və erməni təlimləri” adlı kitabında hayların işğalçı simasını bir daha ifşa etmişdir.

Məhz tarixən Xocalı soyqrımına qədər baş verən hadisələrin hamısı belə planlar istiqamətində inkişaf edib. Lakin təəssüf ki, biz bir xalq olaraq lazımı ibrətlər almamış, düzgün nəticələr çıxarmamışıq.

Erməniliyin hər vəchlə nəinki neqativ səciyyə daşıdığını, hətta kütləvi pisixoz xarakterli patogen ideologiya olmasını təsdiq edən bir çox faktlardan biri də onun öz daxili münasibətlərində ciddi intiliqaların  mövcudluğudur. Bunlardan diaspor və “Ay Qat” “kentronı xayer” və “benqladeşi”, arasındakı, ortodoksal ape, Qarabağ, İran, Rusya, Surya ermənilərinin ictimai-siyasi şüurundakı ziddiyyətlərdir. Buna konkret nümunə kimi ermənilərin Livandan departasiya edilməsinə qarşı çıxan Klikiya Evi katolikosu I Avraamla diaspor arasında olan çəkişmələr və s.

Mərhum professor Rövşən Mustafayevin fikrinə görə “erməniliyin əvvəlki etnososial mühitdə yeni mifologemlər axtarışını dayandırmaq və milli ekokvadratdan çıxmaq cəhdi etnokorparasiyanın artıq hamıdan üstün olması kimi təhlükəli həddə  gətirib çıxarıb və “bəşəriyyətin yaranmasında və inkişafında” xüsusi hal qismində özünün yeni konseptual “mən” cizgilərini faktik olaraq önə çəkib”.  Məhz bu fakt, erməniliyin absurdluğunu isbat edir.

Erməniliyin bir idiologiya kimi formalaşdırılması, zaman-zaman erməni kütləsinin beyninə yeridirilməsi və bu parazit idiologiyanın təkcə qənim kəsildikləri Türkə qarşı deyil, hətta məqsədlərinə müvafiq olmayan, başqa cür düşünən, elitar ermənilərin belə, terrorlarla sıradan çıxarılması faktları da mövcuddur. Bu faktın reallığını Amerika tədqiqatçısı erməni Jirayr Libaridyan da  təsdiq edir ki, XX əsrin sonlarında erməni komitələrinin terrora məruz qoyduğu hər üç nəfərdən ikisi ermənilik idiologiyasına əlehdar olan ziyalı ermənilər olmuşdur. Eyni zamanda, 1999-cu ildə Ermənistan parlamentində “gəlin işğal edilən əraziləri qaytaraq. İşğal edilən torpaqdan Vətən olmaz” təklifi ilə çıxış edən Dəmirçiyana və onun tərəftarlarına qarşı törədilən silahlı qətlam hadisəsi də buna əyani nümunədir...

Erməniliyin bir idiologiya kimi formalaşdırılması, zaman-zaman erməni kütləsinin beyninə yeridirilməsi və bu parazit idiologiyanın təkcə qənim kəsildikləri Türkə qarşı deyil, hətta məqsədlərinə müvafiq olmayan, başqa cür düşünən, elitar ermənilərin belə, terrorlarla sıradan çıxarılması faktları da mövcuddur. Bu faktın reallığını Amerika tədqiqatçısı erməni Jirayr Libaridyan da  təsdiq edir ki, XX əsrin sonlarında erməni komitələrinin terrora məruz qoyduğu hər üç nəfərdən ikisi ermənilik idiologiyasına əlehdar olan ziyalı ermənilər olmuşdur. Eyni zamanda, 1999-cu ildə Ermənistan parlamentində “gəlin işğal edilən əraziləri qaytaraq. İşğal edilən torpaqdan Vətən olmaz” təklifi ilə çıxış edən Dəmirçiyana və onun tərəftarlarına qarşı törədilən silahlı qətlam hadisəsi də buna əyani nümunədir...

Erməniliyin idioloqlarından olan, daha çox Njde ləqəbi ilə tanınan Ter-Arutunyan mənsub olduğu kütlənin rəzil-dilənçi pisixologiyasını yaxşı tanıdığından həmin pisixologiyanı da özlərinin nicat yolu kimi qabardır. Onun fikrinə görə erməniliyin məqsədləri dünya dövlətlərinin qarşısında dilənçiliklə də olsa həyata keçirilməlidir. O, yazır: “Dilənmək və göz yaşları- bütöv bir xalqın pisixologiyasıdır, bizim yeganə silahımızdır... Dilənçiyə ürəkləri yandığı üçün yox, iyrəndiklərindən kömək edirlər. İnsanların, hətta ən ləyaqətsiz adamların yazığı gəlməsi üçün zəhlətökən dilənçi eqoizmi mütləq təbii sayılır. Əgər o üstəlik əlildirsə, daha zəhlətökən  və tələbkar dilənçi olur. Bax, dilənçi eqoizmi və əlil tələbkarlığı xalqın pisixologiyasına çevrilib”. Buradan aydın görünür ki, ermənilərin xarici himayədarları və dünya ölkələrindən alınan maddi-fiziki yardım və siyasi divident hansı -özlərinəməxsus xarakter- müqabilində əldə edilir. Həm də qeyd edilməlidir ki, dilənçilik pisixologiyası ən asan yolla əldə etmək hiyləsinin əlamətidir. Dilənçi psixologiyası barədə xüsusi olaraq danışmaq lazımdır. Lakin burada bir məsələni qeyd etmək zəruridir ki, “qaraçılıq” adətlərinə daşıyıcı olan dilənçilər qapı-qapı gəzib diləndiyi zaman ev sahibi evdədirsə (müxtəlif süni yazıqlıq göstərib) nəisə qoparmağa müvəffəq olur. Elə ki, ev sahibi evdə olmadı, dilənən üçün əla oğurluq fürsəti yaranır və evdəki ən kiçik həcimli, amma ən qiymətli əmlak oğurlanır...məhz dilənçi tərəfindən. Bu müqayisədə alınan nəticə budur ki, biz, ermənilərin Türk deyə müraciət etdiyi (əlbəttə düşmənimiz bizi yaxşı tanıyır) bir xalq olaraq əsrlərdir evimizdə elə yuxuya getmişik ki, bizim evdə olub-olmamağımızdan asılı olmayaraq artıq, evimizin 20 yox, 80 faizi oğurlanıb...

Demək olar ki, ermənilik son illərədək -Xocalı Soyqrımı- kimi bəşəri cinayətini məhz elə həmin dilənçiliklə, özünü yazıq və zavallı kimi göstərməklə pərdəlmişdir. Bu pisixologiya öz dilənçilik sferasını o qədər genişləndirib və nifrət doğurur ki, bunu hətta erməni olan, “Mayk Arlen” kimi tanınan yazıçı Tiqran Kuyuncan Amerika mətbuatında “Ermənistan! Ah, rəzil qapıçı!” adlandırır.

Qeyd edim ki, erməniliyin rəzil-dilənçilik missiyası artıq ABŞ-ın siyasi elitasının da əlindən “ənam” almağa müvəffəq olub.  (Baxmayaraq ki, son illərdə ABŞ-ın bir neçə ştatlarında Xocalı Soyqrımı qətilam hadisəsi kimi tanınıb).

Dilənçi aqresiyası ilə özünə arxa qazanan, xislətində quduzluq, təcavüz olan ermənilik öz  terrorlarını bundan sonra da həyata keçirəcək və heç vaxt sülhməramlı münasibətə meyilli olmayacaqdır. Bu fikrimi əsaslandırmaq üçün Azərbaycanın hörmətli ziyalısı, akademik Nizami Cəfərovun “erməni əhalisinin xarakterində səmimilik yoxdur” fikriniə istinad edə bilərəm. Bu mətləbin açıqlanması baxımdan demək olar ki, ermənilərin özləri də (hətta cahilcəsinə) özlərini ifşa edən fikirlər səsləndiriblər. Məsələn, məhz elə erməni ideoloqlarından olan Ter-Arutunyan öz mənfur idioloqluğuna “sadiq” qalaraq üzünü kütləvi işğalçı pisxozuna yoluxmuş erməni kütləsinə tuaraq deyir: “...sülh şəraitini hətta normal adlandırmaq olmaz. Bəşəriyyətə görə sülh şəraiti ermənilik üçün yorğunluqdan başqa, bir şey deyil. Şərqdə hökm sürən sülh bizim üçün tədrici məhv olmadır.”

Bura qədər göstərilən arqumentlər eybəcər ermənilik anlayışının mənfur mahiyyətinin açılması üçündür. Belə ki, Rus imperiyası 1828-ci ildən -parçala hökm sürsiyasəti- apararaq qədim İravan ərazisində əslində (həmin zaman üçün Osmanlıya) Türkiyəyə qarşı olaraq “Ermənistan” yaratdı. Bununla yanaşı Güney Azərbaycnla Quzey Azərbaycanın arasında Qarabağ ərazisinə yaxın xariclərdən erməni kütləsi axıtdı. Bu proses hazırda da davam edir. Burada Tükiyəyə qarşı ifadəsinin xüsusi bir əhəmiyyəti var. Çünki daha çox I Pyotr hakimiyyətindən sonra  sürətlənən, imperialist strategiya bu gün də davam edir və bu Rus imperiyası erməniliyi necə qondarıbsa  elə də zaman-zaman ondan 1905, 1915-1918, 1926, 1948, 1988-ci illərin hadisələrində siyasi kart kimi necə istifadə etmişdirsə bu günədək Azəri-türkünə, geniş planda və xüsusi maraqda isə Türk millətinə, qraşı istifadə etməkdədir. Belə ki, öz imperiyalist siyasətini hər dövrdə bir başqa formada həyata keçirən Rusya ermənilik vasitəsilə hələ Xocalıya qədər (Şamuyanın icraçılığı ilə) 1918-ci il martında Bakıda, Şamaxıda bir sözlə İpək Yolu boyunca olan rayonlarda təsvir edilməz vəhşiliklər, qətilamlar törətmişdir.

Məhəmməd Əmin Rəsulzadə «Azərbaycan Cumhuriyyəti» kitabında qeyd edirdi ki, “Şamuyanın cibində rus işğal ordusunu təxliyə edilən, Türkiyə ərazisi üzərində erməni muxtariyyatının elanına aid Leninin imzası ilə mumzi bir dekret bulunuyordu... Bu hadisə ilə bolşeviklər bir çox vilayətlərdə yapdıqları qanlı əməliyyatı Bakıda da tətbiq edyorlardı... «Milli Müsəlman Şurası»na elani-hərb edən “Bakı Soveti” erməni alayları ilə biliştirak on minə qərib (yaxın R.R.) müsəlman qətl etdi. Qətl edilənlər miyanında əksəri əmələ (fəhlə R.R.) və füqara (yoxsul R.R.) sinfindən olmaq üzrə minlərcə qadın, cocuq və silah daşımalarlna imkan bulunmayan ixtiyarlar (qocalar R.R.) vardır...

Bakı türk milliyyətpərvərliyinin mərkəzi idi. Rus partiyası bulunan bolşevik  firqəsi bu mərkəzi dağıtmaq istiyordu. Bu xüsusda o, Rusiyanın türklərə qarşı ənənəvi bir müttəfiqi olan erməniləri buluyordu...Toplar, metralyozlar erməni əsgərlərinin yaylım atəşləri aeroplanlar həp müsəlman məhəlləsinə tövcih edilmişdi. (tuşlanmışdı R.R.) Müsəlman məhləsinin başına od yağdırılyor, cəhənnəm püskürtülüyordu.”

Bu real faktların ifadəsi M.Ə.Rəsulzadənin qələmindən yadigar qalan, faciəli dünənimizin rəsmi tarixidir. Lakin faciəmiz dünənimizlə bitməmişdir. Nəhayt, əvvəlki illərin davamı olaraq Rus imperiyası erməni quldurlarının əlilə dünyanın gözü qarşısında 1990-cı ilin 19-20-i Yanvarında Bakıda, ardınca 1992-ci ilin 25-26-ı Fevralında Xocalıda Azəri-türkünə qarşı soyqırım əməliyyatı həyata keçirdi. Əlbəttə, mən bura zaman-zaman xalqımızın görkəmli ziyalılarına qarşı törədilən  kütləvi siyasi, pisixoloji, fiziki terrorları,  qətilamları və represiyaları da əlavə edirəm.

Məhz buna görə 1920-ci ilin aprelində Azərbaycan rus sovet ordusu tərəfindən işğal edildikdən sonra torpaqlarımızın bir hissəsi Ermənistana və Gürcüstana verildi. Bununla yanaşı ermənilər Qarabağın dağlıq hissəsini də ələ keçirmək üçün fəallaşdılar. Qarabağın dağlıq hissəsini ermənilərə verib onu birdən-birə Ermənistana birləşdirməyin mümkün olmadığını görən ermənilər rus sovet hakimiyyəti ilə daha hiyləgər bir yol tutdular.  Belə ki, “1921-ci il iyulun 5-də Rusiya Kommunist (bolşeviklər) Partiyasının Qafqaz bürosu Moskvanın göstərişi ilə Qarabağın dağlıq hissəsində ermənilər üçün vilayət yaradılması və onun Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində saxlanılması haqqında qərar qəbul etdi. MK-nın Qafqaz bürosu plenumunun axşam iclasının protokolundakı iştirakçılar aşağıdakılardan ibarət olmuşdur: RK (b) P MK üzvü Stalin, Qafbüronun üzvləri: Orcanikidze, Kirov, Nazaretyan, Oraxelaşvili, Fiqatner, Nərimanov, Myasnikov, ASSR Xalq Xarici İşlələr Komissarı Hüseynov.”

Vurğulanması son dərəcə zəruri olan bir gerçəklik var. Biz hələ də düşmənlərimizi nə düzgün tanımışıq, nə də düzgün qiymətləndirmişık. Elə bu səbəbdən də zaman-zaman təkcə torpaqlarımız deyil, həm də şuurmuz qəsb edilib. Doğrusu, beynimiz torpağımızdan əvvəl işğal olunub. Bu işğaldan qurtulmağın yeganə yolu Türk dövlətlərinin «TURAN BİRLİYİ», daha geniş formatda isə bütün müsəlman dövlətlərinin «İSLAM İTTİFAQI» yaratması ilə mümkündür. (Qeyd edim ki, Hüseyn Cavid Əhməd Cavad kimi görkəmli şəxsiyyətlər məhz elə TURAN ideyasının qurbanı olmuşdur). Ylnız belə olduğu təqdirdə biz insanlığın faciəsi Xocalı Soyqrımına beynəlxalq hüquq müstəvisində ədalətli yanaşmağa məcbur etmək olar və bu gün, Rusiya fiqurlarının, yaxud, reallıqda ABŞ-da erməni lobbilərinin satın aldığı senatorların dəstəyini qazanan balayanların, petasyanların, göçəryanların, sarksyanların cəzalandırılması reallaşar.

Bu yazıda vacib məsələrdən biri də Xocalıda soyqırıma məruz qalan əhalinin demoqrafik statistikasıdı. Şəxsən bu məsələ (öncə vətəndaş olaraq) məni çox düşündürür və narahat edir. Belə ki, indiyədək sənədləşən və bu əsasla ictimailəşdirilən statistik rəqəm 613 göstərilir. Lakin mənim izlədiyim (kimə maraqlı olsa təqdim edə bilərəm) bir sənədli çəkilişdə bir Azərbaycan hərbiçisi hadisənin təqribən iki gün sonra xaricdən gələn jurnalistə verdiyi müsahibəsində deyir: “... meyidləri daşıyırıq, qutarmayıb. Bu saat Əsgəranın “kətli” meşəsində 800-dən artıq meyit var...” Digər bir tərəfdən isə erməni müəllif, David Xerdiyan “Xaç uğrunda” adlı kitabında S.Ohanyanla birlikdə Xocalıda cəsədlərin yandırılmasında iştirak etdiyindən, hətta diri bir qız uşağından bəhs edir və bir məqamı açıq-aydın yazır: “Mənim ayağım, şalvarım qana bulaşmışdı. Çünki  1200 (min iki yüz) meyitin üstündən keçmişdim...” (Mənbə: David Xerdiyan. Xaç uğrunda. Livan, “Şərq” nəşriyyatı. səh. 62-63.) Məni çox narahat edir ki, bir yanda yuxarıda deyilənlər, bir yanda 613. Niyə bu hesablama qeyri-müəyyəndir?!

Soyqırım hadisəsi ilə əlaqədar olaraq burada qeyd edilməlidir ki, 09.12.1948-ci ildə BMT-nin Baş Asambleyasının 260 (III) A Qətnaməsi ilə qəbul olunan və 12.01.1951-ci ildən quvvədə olan “BMT-nin Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Konvensiyası”nın II və III maddəsinə əsasən Xocalı hadisəsi soyqırım faktıdır. Həmin maddədələrdə göstərilir:

Maddə 2: Bu Konvensiyaya müvafiq olaraq soyqırım hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədilə törədilən aşağıdakı hərəkətlərdən biridir:

  1. belə qurp üzvülərinin öldürülməsi;
  2. belə qurp üzvülərinə bədən xəsarətləri və yaxud əqli qabiliyyətinə

təsir edən zərərin yetirilməsi;

  1. qəsdən hər hansı bir qrupun tam və ya qismən fiziki məhvini

nəzərdə tutan həyat şəraitinin yaradılması.

Maddə 3: Aşağıdakı əməlləri törədən tərəf isə cəzalandırılır:

  1. soyqırım;
  2. soyqırım törətməyə yönəlmiş gizli sövdələşmə;
  3. soyqırım törətməyə birbaşa və açıq təhrik;
  4. soyqırım törətməyə qəsd;
  5. soyqrımda iştirak.

III maddə bütövlükdə Ermənistanın despot və cani rəhbərliyi ilə əvvəlcədən sövdələşən, erməni quduzlarını təhrik və himayə edən, 366-cı alayın sahibi, onun törətdiyi hadisənin məsuliyyətini daşımalı olan Rusyaya şamil edilməlidir. Lakin qlobal iddialar, geopolitik maraqlar bunun yerinə yetirilməsiə maneə olur...

Son iyirmi yeddi illik reallıq göstərir ki, hazırki dünyada təkcə siyasi maraqlar yox, həm də dini dünyagörüşlər toqquşur. Başqa sözlə, dünyada kapital müharibəsi ilə yanaşı din müharibəsi gedir. Bütün təziqlər, zərbələr müsəlman ölkələrinə dəyir. İstər Avropanın, istərsə də ABŞ-ın  simasında heç bir xristian dövləti Azərbaycanın pozulan haqqnın bərpası istiqamətində nəinki əhəmiyyətli bir addım atmayıb, əksinə, “ermənilik” idologiyasını qidalandırmaqla məşğuldur. İllərdir Azərbaycan ictimayətində belə bir fikir dolaşır ki, biz faciələrimizlə bağlı beynəlxalq ictimayyətə lazımı məlumat çatdırmamışıq, düzgün təsurat yaratmamışıq, gərək daha geniş təbliğat aparaq. Əlbəttə bu zəruridir və Azərbaycan dünya ölkələrində diaspora siyasətini dinamik olaraq aparmalı və bu formatda öz faciələrini dünya ictimayətinin diqqətinə yetirməlidir. Lakin belə informasiya çatdırılması və dünya sakinində Azərbaycan həqiqətləri haqqında təsəvvür yaradılması zəruri olduğu qədər də təsirsizdir. Bu istiqamətdəki fikirlərimi iki konkret müddəa ilə əsaslandırmağa çalışacam.

  1. Erməni ictimayətinin və siyasi instututlarının özləri də yaxşı bilirlər ki, əlləri qana batıb və işğalçı, zəptikar olaraq Azərbaycan torpaqlarını işğal altında saxlayırlar. Bu reallığın ifadəsi olaraq 2015-ci ilin aprel döyüşləri ərəfəsində Ermənistan Parlamentinin Vitse-Spikeri Ermini Nağdalyanın Parlamentdəki çıxışının steneqramını təqdim edirəm:

“Dağlıq Qarabağla və hazırda nəzarətimizdə olan torpaqlarla bağlı yanlış təsəvvürlərə qapılmaq gərək deyil. Bu yanlışlıq bizə çox baha başa gələ bilər. Necə ki gəlir... Hazırda nəzarətimizdə olan, əlimizə keçirdiyimiz torpaqları nə zamansa azad etməli, oradan çəkilməliyik. Reallığı anlamaq gərəkdir. Serq Sarksyan zənn edir ki, vaxt uzatmaqla nəyəsə nail olacaqdır. Amma mən və üzvü olduğum partiya belə düşünmür. İstər beynəlxalq müstəvidə, istərsə də daxildə aparılan danışıqlar mənasızdır. Ya torpaqları qaytarmalıyıq, ya da qan tökdüyümüz torpaqlarda qanımızı töküb alacaqlar.

 

Yeni müharibə regional fəlakət olacaq və həm Rusya, həm də Qərbdən gələn təzyiqlərə İravan davam gətirməyəcək. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda dalan situasiyanın yaranmasına az qalıb. Dağlıq Qarabağın gələcəyi və status ilə bağlı referendum keçiriləndə, statusla bağlı qərar qəbul olanda və düünya birliyinin də qarabağlı ermənilərin dövlət müstəqilliyini tanıması üçün konkret addımlar atmağa başlayanda deməliyik ki, hüququmuz olmayan torpaqları istəmirik. İndi əlimizdə, nəzarətimizdə olan o torpaqlara heç bir hüququmuz yoxdur.

            Yenə deyirəm, qaytarın bu torpaqları. Siz düşünün ki, bizim uzatdığımız bu məsələ yalnız lider dövlətlərin Cənubi Qafqaza olan marağı yalnız Azərbaycanın xeyirinə olacaq. İndi beynəlxalq aləmdə işğalçı dövlət kimi tanınırıq. Zənnimcə bir millət olarq gələcəyimizi təhlükə altına atırıq…”

            Bununla yanaşı digər bir məqamı xatırladım. Ermənistanda Rusyaya qarşı mitinqlər başlayanda  “REQNUM”  informasiya agentliyinin baş redaktoru, Kremilə və ermənilərə yaxınlığı ilə tanınan Modes Kalero geniş ictimayət və mediya qarşısında çıxış etmişdir. Həmin çıxışın steneqramı aşağıdakı kimidir.

“Ermənilər unutmamalıdırlar ki, əgər Rusya olmasaydı onları öz qonşularından heç kim qorumazdı.

XVIII əsrdəki böyük rus döyüşçüləri ilə məmurları sayəsində onlar artıq dövlət və paytaxta sahibdirlər. Onlar Suriya çöllərində yaşaya-yaşaya üzüm yarpaqlarına qiymə doldurub bükə bilməzdilər. Belə ki, orada nə üzümü, nə də qiyməni bilirdilər. Bunun əvəzində isə çörək bişirmək üçün yanacaq kimi istifadə ediləcək dəvə pehini bol idi.  Deputat Jirnoviski havayı yerdən ermənilərə deməmişdi ki, “rus qazı ermənilərin xoşuna gəlmirsə qoy onda onlar gedib peyin yandırsınlar.

1970-ci illərdə ermənilər İravanın tarixindən müsəlman keçmişini silmək üçün “Sərdar sarayı”nı dağıtdılar. Bir xalqın tarixini ədəbiyyat nümunələri ilə müəyyən edirlər. Amma ermənilərdə bu sadəcə yoxdur.

            Öz mətbəxlərini isə tamamilə türk və azərbaycanlılardan götürərək hətta adlarını belə dəyişməyərək –lüləkabab, basdırma, bözbaş, dolma, kabab, düşbərə, piti kimi eyni saxlayıblar. Tarixi sənədlərdən də göründüyü kimi İravanın sadəcə beş yüz yaşı var. Və o, 1918- ci ildə məhz Rusyanın köməkliyi ilə Ermənistanın paytaxtı olub. Buna qədər isə həmin əzasi İravan xanlığının mərkəzi idi.

Tarix isə hələ də heç bir erməni imperiyası tanımır. Əgər 1918-ci ilə qədər Qafqazda bir erməni dövləti olubsa, o zaman onun hara itməsindən tarixçilər indiyədək niyə baş çıxara bilmirlər. Onlar XIX əsrdə meydana çıxan Xaçatur Abovyana qədər heç bir yazıçıya da sahib olmayıblar. Yüz illər ərzində xalqı idarə edənlər onun başına yerləşdiriblər ki, biz ən qədim ağıllı xalqıq. Amma özləri Ermənistandan qaçaraq sərhədləri qorumağı ruslardan xahiş edirlər. Rusyada isə əlyazmalar yanmır. Bunu ermənilərə daima xatırlatmaq lazımdır ki, bir daha dünyanı özlərinə güldürməsinlər...”

  1. Dünyanı idarə edən quvvələr, onların kəşfiyyat mərkəzləri və agentura şəbəkələri dünya hadisələrindən olduqca məlumatlıdır. Məsələn, XXI əsrdə ABŞ-ın imperiya konsepsiyasını beyinlərə hopdurmağa çalışan, demokratiyadan, insan haqlarlndan dəm vuran ABŞ rəhbərliyinin Milli Təhlükəsizlik üzrə müşaviri və Mərkəzi Kəşfiyat Orqanlarına nəzarətlə məşğul olmuş Z.Bzejiniski QARABAĞ və XOCALI faciəsinin xırda detallarına qədər bilir, lakin bir dəfə də olsun belə dilə gətirməyib. Yaxud da ABŞ prezidentləri 27 il öncə baş verən Xocalı soyqrımını qulaq ardına vuraraq erməni lobbilərinin maraqlarına xidmət olaraq (uydurma olduğunu bilərək) “genasid” terminindən istifadə etməyə çəkinsə də, guya bir əsr öncə baş vermiş, həqiqətdə isə heç bir əsası olmayan qondarma “erməni qırğını”ndan danışırlar...

Maraqlıdır ki, 1987-ci ilin yanvarında  ABŞ prezidenti C.Karterin sabiq köməkçisi Z.Bjezinski «Vaşinqton Tayms» qəzetinə verdiyi müsahibədə “Şər imperiyası” adlandırdığı SSR-nin gələcəyi ilə bağlı demişdir: “Gələcək 20-30 ildə dünyada milli və etnik münaqişələrin mərkəzi Sovet İttifaqı olacaqdır. Burada millətçilik canlı dinamik qüvvəyə çevriləcəkdir. Sovetlər öz millətlərinin problemini nəzarətdə saxlaya bilməyəcəklər. Onların sistemi ölümcül böhran ərəfəsindədir”. Siyasi analitika baxımdan burada həm də, görünməyən bir həqiqət mövcuddur. Z.Bjezinski özü də bilmədən, (bəlkə də bilərəkdən) ABŞ-ın Sovet İttifaqına qarşı olan xarici siyasət strategiyasını faş edir və planlarını dilə gətirirdi. Çünki onun danışığındakı “etnik münaqişələr” ifadəsi xüsusən diqqət çəkəndir. Bir neçə il sonra Z.Bjezinskinin dünyada baş vermiş qlobal dəyişikliyə həsr olunan “Möhtəşəm iflas: XX əsrdə kommunizmin doğulması və məhvi” adlı kitabı nəşr edildi. Bu kimi digər məsələləri çox göstərmək olar. Yuxarıda göstərilən iki müddəa isbat edir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən və törətdiyi qətlamlardan, Xocalı soyqrımından dünya bixəbər deyil... Lakin bununla belə, dünya başbilənlərinin hadisəyə hansı maraqlar kontekstindən yanaşmaları ayrı bir problemdir. Yuxarıdakı iki geniş müddəa onu deməyə əsas verir ki, “dünya başbilənləri”dünyada baş verənlərdən bixəbər deyil... Lakin bir sıra azad təbiətli tanınmış xüsusi insanlar vardır ki, həqiqətləri olduğu kimi dilə gətirir və geniş ictimayət qarşısında açıqlayır. Belə insanlardan biri də rusyalı görkəmli politoloq Maksim Şefçenkodur.

Xüsusi vurğulanmalıdır ki, həqiqət naminə həmişə Azərbaycanın haqqını ehya edən Maksim Şefçenko kimi ləyaqət sahibi nadir şəxsiyyətlər də vardır.

Azərbaycan diplomatiyası ilə yanaşı qan qardaşı olan Türkiyə diplomatiyası BMT-in tribunasında cəsarətlə QARABAĞ məsələsini önə çəkir. Həmçinin, (İranından tam fərqli olaraq) dost, qardaş Pakistan “ermənilik” ideologiyasını məhkum etməklə Ermənistanı heç dövlət olaraq tanımır.

Öz haqqı uğrunda alnına mübarizə yazılan bir milləti yaralamaq olar, lakin onun mübarizə şüurunu, qələbə əzmini sındırmaq olmaz. Bu gün, sülhün yeganə yolu yalnız döyüşməkdir !!!

635x100

Şərhlər

tarixçiyə 2019-02-26 09:07:00

Bizim bir düşmənimiz var. Hər bir erməni qocası cavanı qadını uşağı bizim düşmənimizdir. Biz onlara dost olmaq istəsək də onlar bizə düşməndirlər. Onlar həmişə kimlərdənsə istifadə edib bizi baltalırırıar. Öldürür torpaqlarımızı alır, artıq iki dövlət qurub. Qalan torpaqlarımızda da gözləri var. Yadında olardı balaca 5-6 yaşında uşaq bizim baryağı tapdayır təhqir edirdi. Onlar bizə yüzlərlə illər qeyri insani divan tutublar.

tarixçi 2019-02-26 09:07:00

Bu faciənin dərin köklərinin araşdırılması,ssenaristin kimliyi,başlanğıc nöqtəsi və icraçılar dəqiq müəyyənləşdirilməsi olduqca vacibdir.Çünki tək erməni bu cinayəti özbaşına törətməyə cürət etməzdi.

t.ədalət 2019-02-26 09:07:00

ermənilərdən heç vaxt qisas ala bilməyəcəyik.Ona görə ki məmurların tərkibində istənilən qədər yarı ermənilər var.Müharibə vəziyyətində olduğumuz ermənilər torpaqlarımızla bərabər ölkəmizdə bəzi vəzifələri də işğal ediblər. Yarı erməni olan qohumları heç vaxt anasının,arvadının və qaynanasının millətinə asi olmaz.....

Hüseyin 2019-02-26 09:07:00

ALLAH RƏHMƏT ELƏSİN. ALLAH DÜŞMƏNİMİZƏ LƏNƏT ELƏSİN. BİZ QANIMIZI İÇƏN BELƏ DÜŞMƏNİ HEÇ VAXDT UNUTMAMALIYIQ. VƏ BURADAKI ERMƏNİLƏR HANSI Kİ ERMƏNİ İLƏ BARIŞIB QABAQ QABAĞA OTURMAQ İSTƏYƏNLƏRİ CƏMİYYƏT ÖZÜ CƏZALANDIRMALIDIR. ERMƏNİ BİZİ DƏDƏ BABA, ƏCDADLARIMIZIN YAŞADIĞI TORPAQLARDAN AXIRINCI NƏFƏRƏ KİMİ QOVDULAR. BİZ DƏ TORPAQLARIMIZI MÜHARİBƏ YOLU İLƏ MƏNFUR DÜŞMƏNDƏ ALIB,DÜŞMƏNİ ORDAN QOVMALIYIQ. ORADA BİRCƏ TOXUM BELƏ QALSA PROBLEM QALACAQ. HƏLƏ EREVANDAKI ERMƏNİLƏR GƏLİB OTURACAQLAR BAKIDA https://www.youtube.com/watch?v=eJsrUr1Gf4A burda danışan qadın kimdirsə erməniyə oxşayır

Son yazılar